Shaheen və Risch Gürcüstanda 2024-cü il seçkiləri üçün uzunmüddətli missiyanın yaradılmasını tələb edirlər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

ABŞ senatorları Jeanne Shaheen və Jim Risch ABŞ-ın 2024-cü il Gürcüstan parlament seçkiləri üçün uzunmüddətli müşahidə missiyası yaratmasını tələb edirlər. “Amerikanın Səsi” senatorların ABŞ dövlət katibi Antony Blinkenə və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samantha Powerə göndərdikləri məktubun surətini əldə edib.

“Amerikanın Səsi”nin verdiyi məlumata görə, Senatda Avropa İşləri Alt Komitəsinin Demokrat sədri Jeanne Shaheen və Senatın Xarici Əlaqələr Komitəsində ən yüksək rütbəli respublikaçı Jim Risch bildirirlər ki, demokratiya üçün bu bu həlledici məqamda uzunmüddətli müşahidə missiyası Gürcüstana və gürcü xalqına dəstək olmaq üçün 2024-cü il seçkilərini müşahidə edəcək. 

Hər iki senator 2012-ci ildə Gürcüstanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edib. Onların fikrincə, “bu səfərdən sonra, təəssüf ki, biz Gürcüstanda demokratik institutların erroziyasının şahidi olduq və Gürcüstanın demokratiyaya doğru irəliləyişinin dayandığına dair artan işarələri görürük”.

“Gürcüstan yol ayrıcındadır və Gürcüstan demokratiyasının uğuru bizim milli maraqlarımız daxilindədir. Konqresdə Gürcüstanın suverenliyi və Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlüyünə ikitərəfli dəstək güclü olaraq qalır, lakin hökumətin son geriləmələri bizi administrasiyasında Gürcüstanda demokratiya və idarəetmənin vəziyyəti ilə bağlı tədbirlər görməsini xahiş etməyə vadar edir”, - senatorlar yazırlar.

Senatorlar hesab edirlər ki, Ukrayna və Moldovanın bu statusa hazır olduğunu hesab edən Avropa Komissiyasının Gürcüstana namizəd statusunun verilməməsinə qərar verməsi Gürcüstanda demokratiyanın geriləməsi tendensiyasının göstəricisidir.

“Amerikanın Səsi”nin yazdığına əsasən, məktubda Shaheen və Risch Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusunu əldə etməsi üçün müəyyən edilmiş 12 prioritetdən danışırlar ki, bunlar arasında seçki, məhkəmə və anti-korrupsiya islahatlarının həyata keçirilməsi də var. Onların fikrincə, bu yaxınlarda Gürcüstan parlamentinə təqdim edilən “xarici agentlər haqqında” qanun vətəndaş cəmiyyətini və müstəqil medianı zəiflətmək cəhdi idi ki, bu da Gürcüstanı namizəd statusundan daha da uzaqlaşdıracaq.

“Gürcüstan parlamentinin təklif olunan qanun layihəsini ləğv etməklə düzgün qərar qəbul etməsinə baxmayaraq, biz narahatıq ki, bu qanun layihəsinin təqdim olunması və onu sürətləndirmək cəhdi [Parlament tərəfindən] bəyan edilmiş avro-Atlantik gələcəyə doğru gedən yoldan kənara çıxmağın narahatedici əlamətidir.”, - senatorlar qeyd edirlər.

Senatorlar Dövlət Departamentini və USAİD-i Gürcüstanın demokratik geriləməsi və legitim seçki prosesinin keçirilməsinin bir neçə aylıq hazırlıq tələb etdiyinə görə dərhal Gürcüstanda uzunmüddətli müşahidə missiyası yaratmağa çağırır. Onlar həmçinin administrasiyanı Avropalı müttəfiqləri ilə birlikdə Gürcüstana yüksək səviyyəli səfərlərə üstünlük verməyə çağırırlar.

Senatorlar administrasiyadan 2024-cü ildə Gürcüstanda keçiriləcək seçkilərin gürcü xalqının iradəsini əks etdirməsi və onların istəklərini təmin etməsi üçün müvafiq maliyyə resurslarını yönəltməyi xahiş edirlər. Bu səy üçün onlar Beynəlxalq İnkişaf Agentliyi və Milli Demokratiya Fondu, Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublika İnstitutu ilə “sıx konsultasiyalar” tələb edirlər.

 

Bu mövzu haqqında:

Gürcüstan hökuməti getdikcə avtokratiyaya doğru irəliləyir - senator Shaheen

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur