Müstəqil hüquqşünaslar qrupunun üzvü Kaxa Tsikarişvili Tbilisi Şəhər Məhkəməsinin onun Ali Ədliyyə Şurasının hakim olmayan üzvü kimi təyinatının dayandırılması barədə qərarına münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tsikarişvilinin sözlərinə görə, ona qarşı hansısa tədbirlərin görüləcəyini gözləyirdi.
“Sabahdan səlahiyyət müddətim başlayırdı. Mən artıq iş planı, ictimaiyyətə açıqlamalar hazırlamışdım, diqqətimi klana yönəltmək niyyətində idim və onun necə işlədiyini, bu klanın necə idarə olunduğunu ictimaiyyətə izah etmək istəyirdim, lakin indiki halda Ali Ədliyyə Şurasının üzv nöqteyi-nəzərindən. İş planıma məhkəmə-hüquq sistemindəki problemlərin dərindən öyrənilməsi və ictimaiyyətin məlumatlandırılması daxil idi.
Bu gün kənar müşahidəçinin dərindən araşdırmaq üçün lazımi rıçaqları yoxdur və Ədliyyə Şurasının üzvü çoxlu məlumat əldə edə bilər. Məncə, sistem bundan qorxdu. Sistem mənim açıqlamalarımdan və mənə ictimaiyyətə vermədikləri bir çox informasiyaya çıxış imkanı veriləcəyindən qorxdu və buna qarşı tədbirlər gördülər”, - deyə Kaxa Tsikarişvili bildirib.
Məhkəmə iyulun 22-də Kaxa Tsikarişvilinin təyin edilməsi ilə bağlı prezidentin fərmanının qüvvəsini Ali Ədliyyə Şuranın üzvlüyünə seçim müsabiqəsinin iştirakçılarından biri Manuçar Kakoçaşvilinin həmin gün qaldırdığı iddia əsasında dayandırıb. Kaxa Tsikarişvilinin sözlərinə görə, məhkəmə iddianı qaldırdıqdan bir neçə saat sonra qərar qəbul edib və bu, şübhələr yaradır.
“Hamı bilir ki, işlərin yubanması məhkəmə sistemində böyük problemdir - işlərin illərlə, aylarla uzanması və ərizə verildikdən sonra bir neçə saat ərzində qərarın qəbul edilməsi, məncə, çox nadir haldır, əgər yeganə deyilsə. Müvafiq olaraq, şübhaə yaranır ki, hakim nəticə ilə maraqlanıb, ümumilikdə isə sistem nəticə ilə maraqlanır.
İddiaya gəlincə, bildiyimə görə, bu, komissiyanın iki üzvünün qərəzli olması ilə bağlıdır. Nona Kurdovanidze və Beso Loladzeyə xüsusi diqqət yetirilir. Yəni iddia müəllifi deyir ki, komissiyanın bu iki üzvü qərəzli olub, bundan başqa, komissiya ona və bəzi digər müsabiqə iştirakçılarına bu cür sualları verərkən mənim ixtisasımla bağlı mənə sual verməyib”, - deyə Tsikarişvili “Mtavari Arxi”yə müsahibəsində bildirib.
Tbilisi Şəhər Məhkəməsi Manuçar Kakoçaşvilinin vəsatətini təmin edib və iş üzrə icraat yekunlaşana qədər prezidentə yeni müsabiqə keçirmək və Ali Ədliyyə Şurasının daha bir yeni üzvünü təyin etmək qadağan edilib.
Prezidentin parlament katibi Qiorqi Msxiladze məhkəmənin qərarını “görünməmiş” adlandırıb və onu “məhkəmənin klan idarəçiliyinin daha bir sübutu kimi qiymətləndirib ki, onun üçün Ali Ədliyyə Şurasında hətta bir fərqli rəy belə qəbuledilməzdir”.