Prokurorluq “İnsan Haqları Naminə Tərəfdaşlıq” (PHR) hüquq müdafiə təşkilatının müraciətini təmin edib və Şovidə təbii fəlakət zamanı həlak olan 25 yaşlı Davit Beriaşvilinin anasını qurbanın hüquqəvəzləyicisi kimi tanıyıb. Təşkilatın məlumatına görə, bu qərarla prokurorluq Davit Beriaşvilinin ölümünün cinayət nəticəsində olduğunu müəyyən edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bundan əlavə, “İnsan Haqları Naminə Tərəfdaşlıq” təşkilatının hüquqşünası Ana Tavxelidzenin dediyinə görə, prokurorluq onlara qanunla maverilməli lik olan cinayət işinin materiallarını onlara verməkdən imtina edir.
“Bizə deyirlər ki, sizi yerindəcə tanış edəcəyik. Necə təsəvvür edirsiniz, lazım olan məlumatları başa düşmək, yadda saxlamaq və təhlil etmək üçün belə həcmli işi nə qədər adamdan və nə vaxta qədər soruşmalıyıq?!”, - deyə vəkil bildirir.
Şovidə baş vermiş faciə ilə bağlı istintaq Cinayət Məcəlləsinin mədən, tikinti və ya digər işlərin görülməsi zamanı ehtiyatsızlıqdan insan tələfatı və təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan iki maddəsi ilə aparılır.
Siğnaği bələdiyyəsinin Tsnori şəhərindən olan Davit Beriaşvili dostları, Sofi və Qiorqi Karalaşvili qardaş -bacısı ilə birlikdə istirahət edirdi. Hər üçü təbii fəlakət nəticəsində dünyasını dəyişib.
Avqustun 3-də Raçada Buba dağından gələn palçıq axını Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyi üçün pilotlar əməliyyatda iştirakı dayandırıblar. Avqustun 3-4-də təbii fəlakət bölgəsindən 210 nəfər təxliyə edilib. Son məlumata görə, 27 cəsəd, həmçinin insan bədəni parçaları tapılıb. Hələ də itkin düşən 6 nəfəri axtarılır.
Hökumət rəsmiləri hadisənin qarşısının alınmasının mümkün olmadığını iddia edirlər ki, müstəqil mütəxəssislər bununla razılaşmır.