Soxuminin Babuşara hava limanı yaxınlığındaki ərazidən orada yaşayan abxazların çıxarılması planlaşdırılır. Abxaz “Telegram” kanalının məlumatına görə, qondarma baş nazirin birinci müavini, energetika naziri Cansux Nanba yerli sakinlərlə görüşüb və onların köçürülmə halında alacaqları kompensasiyadan danışıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Soxumi hava limanı yaxınlığındakı ərazidən əhalinin köçürülməsi planlaşdırılır və Abxazların bir hissəsi bununla razılaşmırİclasda bir onlarla insan etiraz edib və kompensasiya müqabilində belə evlərini tərk etməyə razı olmayacaqlarını bildiriblər.
Cansux Nanba əhalinin köçürülməsi ilə bağlı dezinformasiyaların yayıldığını bildirir, lakin o, aeroportun genişləndirilməsinin həqiqətən də planlaşdırıldığını inkar etmir.
“Görüşün məqsədi [Babuşara] kəndinin sakinlərinə hava limanının və onun infrastrukturunun yenidən qurulması və inkişafı ilə bağlı planlar barədə məlumat vermək idi. Biz camaata bildirdik ki, hazırda təmir işləri hansı mərhələdədir, uçuş-enmə zolağının bərpası və yararsız tikililərin söküntüsü necə davam edir.
Həmçinin, biz aeroportun uzunmüddətli inkişaf planını, yəni aeroport ərazisinin cənub hissəsində genişləndirilməsini nəzərdə tutan ikinci mərhələni müzakirə etdik. Bütün beynəlxalq tələblərə cavab verəcək müasir hava limanının tikintisi üçün mövcud ərazi kifayət etmir və bu baxımdan uzunmüddətli inkişaf planı, “ikinci mərhələ” nəzərdən keçirilir.
Bu məsələnin müzakirəsinə kənd nümayəndələrinin də cəlb edilməsini vacib hesab etdik”, - deyə Nanba bildirib.
De-fakto nazirin sözlərinə görə, görüşün nəticəsi olaraq razılaşdırılıb ki, vitse-prezident Badri Qunbanın rəhbərliyi altındaki koordinasiya qərargahının işinə hava limanının cənub hissəsində yaşayan insanların maraqlarının nəzərə alınması məqsədilə 5-6 nəfər kənd sakinlərindən ibarət qrup cəlb edilsin.
Rusiya və de-fakto Abxaziya hökumətləri arasında “Vladislav Ardzinba adına Soxumi Beynəlxalq Hava Limanı”nın bərpası haqqında qondarma saziş 2023-cü ilin iyununda imzalanıb.
Aeroportun bərpasını Rusiyanın keçmiş daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurası katibinin birinci müavini Rəşid Nurqaliyevin oğlu Rəşid Nurqaliyevə (kiçik) məxsus “İnfrastruktur İnkişafı” MMC həyata keçirəcək. Şirkət 10 iyul 2023-cü ildə yaradılıb və Moskvada qeydiyyatdan keçib.
Abxaziyanın de-fakto hökuməti hava limanını 49 il müddətinə sərmayəçiyə təhvil verib. Dövlət-özəl tərəfdaşlıq müqaviləsinə əsasən, sərmayəçi 3100 metr uzunluğunda və 45 metr enində uçuş-enmə zolağının yenilənməsini həyata keçirəcək və bundan sonra “Rusiya və xarici istehsal olan müasir təyyarələri qəbul etmək” mümkün olacaq. Həmçinin yeni sərnişin terminalının tikintisi və tarixi aeroport binasının təmiri də nəzərdə tutulub.
Hava limanının 2024-cü ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.