Abxaziyanın de-fakto hökuməti Abxaziyanın tanınması məsələsi üzərində Fələstin, Əfqanıstan, Yəmən, Şimali Koreya və Serbiyanın nümayəndələri ilə işləyir. Bu barədə Gürcüstanın işğal olunmuş regionun qondarma xarici işlər naziri İnal Ardzinba bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“2023-cü ildə Abxaziyanın Xarici İşlər Nazirliyi Abxaziyanın beynəlxalq səviyyədə tanınmasının genişləndirilməsi üzərində işləməyə davam edib və Fələstin, Əfqanıstan, Yəmən, Şimali Koreya və Serbiya nümayəndələri ilə fəal əlaqədə olub”, İnal Ardziba qondarma prezident Aslan Bjaniya ilə görüşdə deyib.
Ardzinba ötənilki fəaliyyət hesabatını təqdim edib. Onun sözlərinə görə, onlar hələ də Suriya prezidenti Bəşər Əsədin səfərinin təşkili və Abxaziyada Suriya səfirliyinin açılması imkanlarını müzakirə edirlər.
“2023-cü ildə Abxaziyanın Suriyadakı səfirliyinin konsulluq şöbəsi fəaliyyətə başlayıb. Suriya prezidentinin dəstəyi ilə Əlcəzair və İran nümayəndələri ilə əlaqələr qururuq”, - İnal Ardzinba bildirib.
Bundan əlavə, Ardzinbanın sözlərinə görə, ötən il Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə fəal əlaqələrə başlayıb: “Biznes cəmiyyətləri arasında ünsiyyət üçün şərait yaradılır. Ticarət və Sənaye Palatası ilə birlikdə Livanla da oxşar işlər görürük”, - deyə Ardzinba bildirib.
Bu gün üçün de-fakto Abxaziya və Cənubi Osetiya respublikalarının qondarma müstəqillikləri Rusiya, Suriya, Venesuela, Nikaraqua və Nauru tərəfindən tanınıb.
Bundan əlavə, Suriya Gürcüstanın işğal olunmuş regionlarının müstəqilliyini 2018-ci ildə tanıyıb. Bu qərara görə Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsib.