İşğal olunmuş Abxaziyanın de-fakto hakimiyyəti Qudauti rayonunda, Ritsi gölünün yaxınlığında yerləşən 1947-ci ildə tikilmiş “Stalinin bağ evi”nin hərracda satılması ilə bağlı geniş yayılmış məlumatı təkzib edib. Qondarma Dövlət Bağ Evlərinin Şöbə müdiri Beslan Kvitsinianın sözlərinə görə, bağ evi “milli sərvətdir” və onu mülki şəxsə satmaq olmaz.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kvitsinyanın sözlərinə görə, hansısa şəxsin “Stalinin bağ evi”ni hərracda aldığını iddia etdiyi videoyazısını müxalifət mediası yayımlayır.
“Onun sözlərinə görə, 850 min rubla aldığı sözügedən obyekt yaxın gələcəkdə böyük gəlir gətirməlidir. Rəsmi olaraq bildiririk ki, bu məlumat həqiqətə uyğun deyil. Ritsa parkının ərazisində yerləşən "Stalinin bağ evi" milli sərvətdir və mqlki şəxsə satmaq olmaz.
Sözügedən bağ evi ətrafında söz-söhbətlərin yayılması yeni xəbər deyil. Hələ 2005-ci ildə kütləvi informasiya vasitələri guyq rusiyalı iş adamı və milyarder Pleq Deripaskanın bağ evi almaq istədiyini və Abxaziya hökumətinin əməliyyat məbləği kimi 10 milyon dolları göstərdiyini yazmışdı. Bunu inkar edəndən sonra onlar danışmağa başladılar ki, obyekti Moskvanın keçmiş meri Yuri Lujkov alıb. Abxaziyanın mənzərəli yerlərindən birində - Ritsa gölünün sahilində yerləşən bu obyektin bu qədər diqqəti cəlb etməsi və vaxtaşırı yalan və əsassız məlumatların yayması təəccüblü deyil", - Kvitsinia bildirib.
Bu yaxınlarda işğal olunmuş qondarma Abxaziya höküməti müxalifətə və ictimai etirazlara baxmayaraq, Biçvinta dövlət bağ evini Rusiyaya verib. De-fakto parlament 2022-ci il yanvarın 19-da Moskvada imzalanmış müqaviləni 27 dekabr 2023-cü ildə, səhər saat 6-da ratifikasiya edib. Sənəd qüvvəyə mindikdən sonra 6 ay ərzində bağ evi (184 hektar sahə) - torpaq sahələri, tikililər və dəniz sahəsinin bir hissəsi pulsuz olaraq Rusiyaya verilməlidir. Müqavilə 49 il müddətinə imzalanıb, lakin, avtomatik olaraq daha 15 il müddətinə uzadıla bilər. Rusiya tərəfi təhvil verilən əmlakın müqabilində hər il büdcəyə 1 rubl ödəyəcək. Rusiyalı senator, Federal Yığıncağın Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bəyan edib ki, Abxaziyadakı Biçvinta bağ evi ilə bağlı etiraz aksiyası “kənardan” təşkil olunub.