Avropa İnsan Haqları Məhkəməsi “Mtavari Arxi” teleşirkətinin keçmiş baş direktoru Nika Qvaramiyanın şikayətini qəbul etməyib. Şikayət “Rustavi 2”nin rəhbərliyi dövründə Qvaramiyanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi işi üzrə Gürcüstan məhkəmələrinin təqsirli hökmü ilə bağlı olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Çox təəssüf edirəm, amma Strasburq İnsan Haqları Məhkəməsi mənim iddiamı qəbul etmədi. Hakimlərdən biri qərara gəldi ki, işə qətiyyən baxılmasın və o, dünyanın bütün hüquq-müdafiə təşkilatlarının görüb yüksək səslə etiraz etdiyi işdə heç nə görmədi.
Düzdür, üzücü xəbərdir, amma həmin məhkəmənin “Rustavi 2” işi ilə bağlı qərarından sonra bu, mənim üçün əslində təəccüblü deyil. Heçnə olmaz, hakimiyyət də dəyişəcək, məhkəmə də dəyişəcək və biz də bütün siyasi işlərin təfərrüatlarını ətraflı başa düşəcəyik, Avropa Məhkəməsi bütün siyasi", - Qvaramiya bildirib.
2022-ci il mayın 16-da Tbilisi Şəhər Məhkəməsinin hakimi Laşa Çxikvadze Nika Qvaramiyanı Cinayət Məcəlləsinin 220-ci maddəsi, vəzifə səlahiyyətlərindən sui-istifadə (2 epizod) ilə təqsirli bilib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin il noyabrın 2-də Apellyasiya Məhkəməsinin hakimləri, Merab Jorbenadze, Lavrenti Maqlakelidze və Davit Mamiseişvilidən ibarət kollegiyası birinci instansiyanın hökmünü qismən dəyişdirdi. Nika Qvaramiya Tbilisi şəhər məhkəməsinin 16 may 2022-ci il tarixli hökmü ilə “Rustavi 2” şirkətinə məxsus avtomobildən şəxsi məqsədlər üçün istifadə etdiyinə görə (vəzifə səlahiyyətlərindən sui-istifadə) həbsə məhkum edilmişdi, çünki Tbilisi şəhər məhkəməsinin 16 may 2022-ci il tarixli hökmü ilə o, ittihamın ikinci epizodu üzrə – “Rustavi 2”yə 6 milyon 763 min 509 lari ziyan vurma hissəsində 50 min lari cərimələnmişdi. Apellyasiya Məhkəməsi onu da bu epizoda görə həbsə məhkum etmişdi.
Xalq müdafiəçisinin qiymətləndirməsinə görə, hökm tamamilə əsassız olmaqla yanaşı, həm də “Gürcüstan qanunvericiliyi və Avropa İnsan Haqları Konvensiyasının 7-ci maddəsi ilə qorunan qanunilik prinsipi" bir başs pozurdu.
19 iyun 2023-cü ildə Gürcüstanın Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb və həm Qvaramiyanın müdafiəsinin, həm də prokurorluğun kassasiya şikayətlərini qəbuledilməz hesab edib. "Növbəti dayanacaq - Strasburq. Nə qədər vaxt aparsa da, nə qədər səy lazım gəlsə də, yenə də öz həqiqətimi sübut edəcəm. Əvvəlcə - mənim həqiqətimi, sonra - başqalarının suçunu!", - Qvaramiya qərara belə münasibət bildirmişdi.
22 iyun 2023-cü ildə prezident Salome Zurabişvili Nika Qvaramiyanı əfv edib. Gürcüstanın Xalq müdafiəçisi, Avropa parlamentariləri, eləcə də beynəlxalq və yerli hüquq müdafiə təşkilatları prezidenti bu qərarı qəbul etməyə çağırırdılar.