Zurab Azaraşvili səhiyyə naziri kimi 2 illik fəaliyyətini yekunlaşdıran bəyanatında qeyd edir ki, Gürcüstanda vicdanla onkoloji dərmanlar yazmaq “böyük problemdir” və ən azı 60 onkoloqun şübhəli dərmanların ölkəyə gətirilməsində iştirak etdiyi güman edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Onkologiya istiqamətində istər tibbi xidmətin əhatə dairəsində, istərsə də istehsalçılarla birbaşa müqavilələr bağlamaq yolu ilə dərman satınalmalarında nəzərəçarpacaq irəliləyiş olub ki, bu da bahalı dərmanların qiymətini orta hesabla 50% aşağı salıb və 2 dəfə daha artığını almaq imkanı yaradıb. Bununla belə, düzgün onkoloji diaqnostika və təlimatlara uyğun olaraq dərmanların vicdanla təyin edilməsi məsələsi hələ də böyük problem olaraq qalır.
Faktlar şübhəli ölkədən mənşəyi şübhəli, qeydiyyatı olmayan minlərlə onkoloji preparatın gətirildiyi zaman üzə çıxıb. Təəssüflər olsun ki, ən azı 60 onkoloqun bu sxemə cəlb olunduğu və onların təyin etdiyi “Forma 100” əsasında həm Nazirlikdə, həm də bələdiyyələrdə milyonlarla lari vəsaitin maliyyələşdirilməsi üçün müraciətlər daxil olduğu, onkoloji xəstələr üçün isə mənşəyi məlum olmayan dərman vasitələrinin təyin olunduğu və istifadə edildiyi hesab edilir.
Artıq peşəkar şurada bu məsələnin müvafiq aralıq müzakirəsi aparılıb və işin materialları hüquq-mühafizə orqanlarına göndərilib. Məhz bu və digər üzrlü səbəblərə görə onkologiya üzrə xəstə başına qoyulan limiti ləğv etmək mümkün deyil və onkologiyanın erkən diaqnostikasına pilot olaraq yalnız dövlət klinikalarında başlanılır”, - deyə sabiq nazir sosial şəbəkədə dərc olunan bəyanatında yazıb.
Zurab Azaraşvili martın 1-də baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsindən istefa verib. Kobaxidzenin izah etdiyi kimi, səhiyyə nazirinin dəyişdirilməsi onun planına daxil olmayıb, lakin o, prosesdə qüsurlar görüb:
“İdarəetmə və ünsiyyət baxımından problemlər gördüm. Bununla bağlı tibb ictimaiyyətində dı narazılıq var. Mən özüm Respublika Xəstəxanasının misalında əmin oldum ki, həqiqətən də belə problemlər var. Məhz bu sektorda, məsələn, konkret nümayəndələr, mütəxəssislər və xəstələrin baş nazirlə görüş ilə bağlı çoxlu müraciətləri olub. Bu kimi məsələlərlə nazirlik səviyyəsində məşğul olmaq lazımdır”.
Zurab Azaraşvili keçmiş baş nazir İrakli Ğaribaşvilinin kadrı olub. Bu gün dərc olunan bəyanatda o, Ğaribaşviliyə 4 il əvvəl göstərdiyi etimada və 20 illik bank işindən sonra Müdafiə Nazirliyində, sonra isə Səhiyyə Nazirliyində işləmək imkanı verdiyinə görə təşəkkür edir.