Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Zurab Azaraşvili istefa verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hökumət administrasiyasının məlumatına görə, baş nazir İrakli Kobaxidze Zurab Azaraşvili ilə danışıb, bundan sonra o, istefa verib.
Zurab Azaraşvilinin istefasından əvvəl Respublika Xəstəxanası məsələsi ilə bağlı qərar verilib. Həkimlərlə görüşdən sonra İrakli Kobaxidze bildirib ki, yeni bina tikilməyənə qədər Respublika Xəstəxanası sökülməyəcək və yenidənqurma prosesi dayanacaq.
Kobaxidze yaxın günlərdə yeni səhiyyə nazirini təqdim edəcək.
İrakli Ğaribaşvilinin baş nazir postundan istefa verməsindən sonra mediada Zurab Azaraşvilinin də daxil olduğu 4 nazirin mümkün dəyişdirilməsi ilə bağlı məlumat yayılıb və hakim partiya bunu təkzib edib. İrakli Kobaxidze baş nazir vəzifəsinə irəli sürüldükdən sonra hökumətin hər bir üzvünə öz vəzifəsində qalmağı təklif etdiyini və yalnız müdafiə nazirindən imtina cavabı aldığını bildirib.
Zurab Azaraşvili 2021-ci ilin dekabrında keçmiş baş nazir İrakli Ğaribaşvili tərəfindən nazir vəzifəsinə təyin edilib. Bundan əvvəl isə bir neçə ay müdafiə nazirinin müavini olub. 2020-ci ildən Zurab Azaraşvili əvvəlcə “Tbilaviamşeni” dövlət şirkətinin baş direktoru, sonra isə Müdafiə Nazirliyinin “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.