“Xüsusilə üzücü olan odur ki, bütün bunların arxasında “USAID”in maliyyəsi dayanır. Bununla bağlı dost dövlətimizdən izahat eşitməli olacağıq. Biz nə inqilaba, nə də ikinci cəbhəyə imkan verməyəcəyik”, - hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze oktyabrın 2-də Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatı belə şərh edib. DTX bu gün Serbiyada fəaliyyət göstərən və Gürcüstanda gəncləri, mülki fəalları və qeyri-hökumət təşkilatlarına oktyabr-dekabr aylarında planlaşdırılan çevriliş üçün təlim keçirən “Kanvas” təşkilatının üzvlərinin “USAID” proqramının dəvəti ilə gəldiyini bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən DTX-nın brifinqini izlədim. Yadınızdadır, bu adamlar əvvəlcə səfərlərinin əsl məqsədini gizlətməyə çalışırdılar. Bu barədə elə danışırdılar ki, sanki mədəniyyət sahəsinin nümayəndələri ilə görüşlər, treninqlər keçiriblər və əslində, onların məqsədinin ölkəmizdə inqilabi prosesləri hazırlamaq və planlaşdırmaq olduğu üzə çıxıb ki, bu da təbii ki, narahatlıq doğurur.
Daha da narahatlıq doğuran odur ki, məlum oldu ki, bütün bunlar ABŞ və “USAID” adlanan Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir, abbreviaturanın hərfi tərcüməsi Amerika yardımıdır və məncə, bu, Amerika yardımı deyil.
Bu baxımdan, biz, əlbəttə ki, izahat dinləməyə ehtiyac duyacağıq ki, niyə birbaşa məqsədi Gürcüstanda inqilaba hazırlıq olan belə təlimlər “USAID” tərəfindən maliyyələşdirilib.
Əvvəlcə, yadınızdadır, Akermanın təlimləri, sonra “Franklin Klubu”, bir sıra başqa fəaliyyətlər, ekstremist qüvvələrin müxtəlif fəaliyyət növləri var idi. İndi biz inqilabi proseslərin birbaşa müzakirə olunduğu bu cür təlimləri görürük. Düzgün qeyd olundu ki, bu təlimlərin adı qeyri-zorakılıqdır, amma əslində görürsən ki, inqilab təşkil etmək üçün istifadə edilməli olan birbaşa zorakılıq üsullarından danışırlar. Ssenari nədir - xaos, inqilab və son məqsəd bunun nə olduğunu hamımız bilirik, bu, Ukraynada müharibənin başladığı 2022-ci ildən bəri müvəffəq ola bilmədikləri ikinci cəbhədir. Lakin görünən odur ki, bu məqsəd hələ də səngiməyib, aktuallığını qoruyub. Ona görə də belə proseslərin planlaşdırıldığını görürük.
Birmənalı şəkildə demək olar ki, təbii ki, dövlət buna imkan verməyəcək. Gürcüstan suveren, müstəqil dövlətdir və biz ölkəmizdə sülhün, əmin-amanlığın qayğısına qalacağıq və bu ölkədə heç kimi narahat etməyəcəyik. Biz nə inqilaba, nə də ikinci cəbhəyə imkan verməyəcəyik”, - deyə Kobaxidze bildirib.