“Kirbali kəndi yaxınlığında baş verənlər oradaki çətin təhlükəsizlik mühitini bir daha təsdiqləyir və işğalın ağır nəticələrindən danışır, təəssüf ki, Gürcüstan hakimiyyəti ilə birlikdə mülki vətəndaşlar da bununla üzləşməli olurlar”. Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu gün, noyabrın 6-da Qori rayonunun Kirbali kəndində yerli sakin Tamaz Qinturinin rus hərbçilər tərəfindən qətlə yetirilməsini şərh edib. Ğaribaşvilinin yazılı bəyanatını hökumət administrasiyası yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu ağır faciə ilə bağlı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. Bu çətin anlarda dövlət onların yanındadır.
Qori bələdiyyəsinin Kirbali kəndi yaxınlığında, Rusiyanın işğal etdiyi ərazidə ağır insident baş verib - qanunsuz şəkildə saxlanılmağa çalışılarkən Gürcüstan vətəndaşı Rusiya işğalçı qüvvələrinin nümayəndəsi tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Sözügedən hadisə ilə bağlı bütün müvafiq mexanizmlər işə salınıb, beynəlxalq tərəfdaşlar məlumatlandırılıb. İşğalçı qüvvələr tərəfindən qanunsuz saxlanılan daha bir Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün fəal iş aparılır.
Biz beynəlxalq ictimaiyyəti hadisəyə müvafiq qiymətləndirmə və reaksiya verməyə, həmçinin işğalçı rejimin nümayəndələrini təqsirkarın müəyyən edilərək cəzalandırılması üçün bütün tərəflərlə əməkdaşlığa çağırırıq”, - baş nazir qeyd edir.
Yerli əhalinin sözlərinə görə, qətl Lomisidəki Müqəddəs Qiorqi kilsəsinin yaxınlığında baş verib. Bu qapısı işğalçı qüvvələrin nümayəndələri tərəfindən qalay lövhə ilə bağlanan məbəddir.
Kirbali kəndi Qori şəhərindən 30 kilometr aralıda yerləşir və 500-ə yaxın əhalisi var. 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra kənd qəbiristanlığı və yüzlərlə hektar ərazi işğal xəttindən o tayda qalıb. Kirbali Qori bələdiyyəsinin işğal xəttinə yaxın kəndlərdən ən təhlükəlisi hesab olunur. Kənddə demək olar ki, ailə üzvlərindən ən azı biri rus hərbçiləri tərəfindən saxlanılmayan və Tsxinvali təcridxanasına təxliyə olunmayan ailə qalmayıb. Rus əsgərləri yerli sakinləri mal-qaralarını otararkən, odun gətirmək üçün meşəyə gedərkən və ya kilsədə dua edərkən saxlayırlar.