Dövlət Təhlükəsizliyi Xidməti terrorizm haqqında yalan məlumat vermək ittihamı ilə Gürcüstan vətəndaşını həbs edib. DTX-nın məlumatına görə, saxlanılan şəxs Kutaisi-Barselona reysi ilə uçan təyyarədə partlayıcı qurğunun olması barədə yalan məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sözügedən şəxs başqasının istifadəsində olan Gürcüstan mobil operatorundan Macarıstanda yerləşən “Vizeyr” aviaşirkətinin baş ofisinə konkret bortda partlayıcı qurğunun olması barədə telefonla zəng edib. Alınan bildirişə əsasən, uçuş rejimində olan W66417 Kutaisi-Barselona reysi Kutaisi Beynəlxalq Hava Limanına qaytarılıb. Sözügedən reysdə heç bir partlayıcı qurğu və ya maddə tapılmayıb”, - DTX-nın antiterror mərkəzinin direktoru Baça Mqeladze bildirib.
Təqsiri sübuta yetirilərsə, məhbusu 3 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
DTX-nın məlumatına görə, müxtəlif yalan məlumat vermə faktı ilə bağlı istintaq davam edir - həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda konkret şəxslər və qruplar müəyyən edilib.
“Təhlükələrin müəyyən edilməsi və risklərin minimuma endirilməsi üçün bütün müvafiq tədbirlər görülüb. Qanuna müvafiq olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin bu cür faktlara reaksiyası çox sərt olacaq”, - Mqeladze qeyd edib.
Fevralın 14-də W66417 nömrəli “Wizz Air” təyyarəsi Kutaisidən Barselonaya saat 12:45-də havaya qalxsa da, təxminən 10 dəqiqədən sonra hava limanına qayıdıb. Ekipaj gəmidə partlayıcı maddələrin olması ehtimalı barədə məlumat aldıqdan sonra geri qayıtmaq qərarına gəlib. Təyyarədə 148 sərnişin və 6 ekipaj üzvü olub. Kutaisi-Barselona reysi təyyarənin yoxlanılması başa çatdıqdan sonra bir neçə saat gecikmə ilə həyata keçirilib.
Yanvarın 21-də Batumidəki ticarət mərkəzlərindən birinə partlayıcı qurğunun yerləşdirildiyi barədə məlumat yayılıb, bundan sonra insanlar binadan təxliyyə edilib.
DTX-nın məlumatına görə, 2023-cü ilin dekabrın 30-da və bu ilin yanvarın 17-də onlara “Tbilisidəki Qalereya”da terror aktı törədilməsi barədə yalan məlumat verilib. “Bu, müxtəlif ölkələrdən, o cümlədən Gürcüstandan olan yetkinlik yaşına çatmayanların cəlb olunduğu beynəlxalq şəbəkə oyunları ilə bağlıdır”, - DTX bildirib.
Yanvarın 31-də Bloqer Beka Vardosanidze DTX-da şahid qismində dindirilib. İstintaqın məlumatına görə, Vardosanidzenin elektron poçtundan Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin rəsmi elektron poçtuna, eləcə də “İmedi” teleşirkətinə terror məzmunlu hədələri ehtiva edən mesajlar göndərilib. Vardosanidze mesajın göndərilməsini inkar edib və qeyd edib ki, hədələyici mətnlər “Google Translate” vasitəsilə xarici dildən tərcümə edilib.