Tayland Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq edib

İyulun 15-dən Taylanda turistik məqsədlə gedən Gürcüstan vətəndaşları artıq hava limanında viza ərizəsi doldurmağa məcbur olmayacaqlar - onlar ölkəyə daxil ola və 60 günə qədər vizasız qala biləcəklər.

Tayland 60 günlük vizasız gediş-gəlişi Gürcüstan, Türkiyə, Çexiya, Macarıstan, Finlandiya, İspaniya da daxil olmaqla 93 ölkə üçün tətbiq edib.

Taylanda vizasız daxil olmaq üçün adətən tələb olunan yeganə sənəd Taylanda gəliş tarixindən ən azı 6 ay etibarlı olmalı olan pasportdur. Bununla belə, sərhədçi əlavə sənədləri də tələb edə bilər:

  • 60 gün ərzində geri dönüş bileti;
  • Kifayət qədər maliyyə (adam başına 20.000 Tayland batı (təxminən 1.500 lari) və ya bir ailə üçün 40.000 bat);
  • Ölkədə müvəqqəti yaşayış yerinin sübut edəcək sənəd (məsələn, otel rezervasiyası).

60 gündən çox səfərlər və ya qeyri-turizm məqsədləri üçün Gürcüstan vətəndaşları viza almalıdırlar. Viza Tayland Krallığının Türkiyənin paytaxtı Ankaradakı səfirliyinin konsulluq xidməti tərəfindən verilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur