Əslən gürcü olan və uzun illər Rusiyada fəaliyyət göstərən müğənni İrakli Pirtsxalava iyulun 29-30-da Batumidəki “Porta Tower”də (Əlifba Qülləsinin yaxınlığında) “Gürcüstanın ən böyük daşınmaz əmlak sərgisi” olan EXPO-2023-ü elan edəcək. Tədbir, məhz onun öz daşınmaz əmlak agentliyi olan “People” tərəfindən təşkil edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan xarici vətəndaşlara daşınmaz əmlak almaq üçün geniş imkanlar təklif edir, lakin hər yerdə olduğu kimi, buranın da öz qaydaları və tələləri var. Hər şeyi müstəqil şəkildə müəyyən etmək məcburiyyətində olmayacaqsınız. Biz, daşınmaz əmlak agentliyi “People” sizi Batuminin ən yaxşı daşınmaz əmlakına həsr olunmuş ilk EXPO-ya dəvət edirik. Burada siz bütün suallarınıza cavab tapacaqsınız, mütəxəssislərimizlə şəxsən danışacaqsınız və əmin olacaqsınız ki, Batumidə sizin üçün ideal daşınmaz əmlak tapmaq realdır”, - deyə Pirtsxalavanın sərgi barədə rusdilli saytda dərc olunmuş bəyanatında deyilir.
Sərgidə iştirak pulsuzdur və Pirtsxalavanın sözlərinə görə, o, onun konserti ilə yekunlaşacaq.
“People” agentliyi potensial müştəriləri Batumidə daşınmaz əmlak almağın əsas üstünlükləri, o cümlədən Gürcüstanda yaşayış icazəsi almaq, daşınmaz əmlak vergisinin olmaması və distant alış imkanları barədə məlumatlandırır.
Sərginin təşkilatçısı iştirakçı kimi Gürcüstanın bir sıra tikinti şirkətlərinin adlarını çəkir - “Mardi Holding:, “Terasa Group”, “Guru Holding”, “Dreamland Oasis”, “Elt Business Group”, “Metro City” və s. “Gürcüstan Xəbərləri” onların bir neçəsi ilə əlaqə saxlayıb.
“Terasa Group” sərginin təşkilatçılarının onların loqosundan icazəsiz istifadə etdiyini və tədbirlə bağlı heç bir məlumatlarıı olmadığını bildirib”.
“Metro Holding” də izah edib ki, indiyə qədər sərgi haqqında heç nə bilmirdilər, ehtimal ki, nəsə anlaşılmazlıq olub.
“Elt Business Group” şirkəti də loqosundan icazəsiz istifadə edildiyini bildirib - “Sərgidə iştirakla bağlı danışıqlar apardığımızı təsdiq edirik, lakin bunun beynəlxalq standartlar sərgisi olmadığını öyrəndikdən sonra əlaqələrimizi kəsdik”.
“Gumbati Group” tikinti şirkəti də açıqlama yayıb: “Təklif həqiqətən də var idi, lakin dərhal tədbirdə iştirakdan imtina etdik. Şirkətin adı və loqosu icazəsiz istifadə olunub”.
“Gürcüstan Xəbərləri” sərgidə hansı şirkətlərin təmsil olunacağını öyrənmək üçün Pirtsxalavanın “People” agentliyi ilə də əlaqə saxlayıb. Qurum nümayəndəsinin bizə verdiyi məlumata görə, sərginin açıq havada keçirilməsi nəzərdə tutulubmuş və hava şəraiti ilə əlaqədar təxirə salına bilər. Onların sözlərinə görə, iştirakçı şirkətlər haqqında daha sonra məlumat veriləcək.
Bu mövzu haqqında: