Amerika Birləşmiş Ştatlarının “Respublikaçılar Partiyası” noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampın namizədliyini rəsmi olara irəli sürüb. Partiyanın qurultayı üç gün ərzində Miluokidə keçirilib. 78 yaşlı Donald Tramp toplanan nümayəndələr qarşısında çıxışı zamanı namizədliyi qəbul etdiyini və yarısının deyil, bütün Amerikanın prezidentliyinə namizədliyini irəli sürdüyünü bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Cəmiyyətimizdəki fikir ayrılıqları və parçalanmalar sağalmalıdır. Çünki biz amerikalılar ortaq taleyi və gələcəyi paylaşırıq, mən Amerikanın yarısının deyil, bütün Amerikanın prezidenti olacağam, çünki qalibiyyət Amerikanın yarısı ilə əldə olunmur”, - Tramp deyib.
Donald Tramp iyulun 13-də ona edilən hücumdan da danışıb və amerikalılara sevgi və dəstəklərinə görə təşəkkür edib.
O, ənənəvi olaraq prezident Co Baydenin administrasiyasını tənqid edərək, Yer kürəsinin III Dünya Müharibəsinin astanasında olduğunu qeyd edib. Tramp seçicilərə bütün beynəlxalq böhranlara, o cümlədən Ukrayna və Rusiya arasındakı müharibəyə son qoyacağını vəd edib, lakin konkret olaraq necə edəcəyini açıqlamayıb.
“Avropada və Yaxın Şərqdə müharibə gedir, Tayvan, Koreya, Filippin və bütün Asiya üzərində böyüyən qarşıdurma qorxusu göz qabağındadır və planetimiz III Dünya Müharibəsinin astanasındadır və bu, digər heç bir müharibə kimi olmayacaq.
“Mən hazırkı administrasiyanın yaratdığı bütün beynəlxalq böhrana, o cümlədən mən prezident olsaydım heç vaxt baş verməyəcək Rusiya və Ukrayna arasındaki dəhşətli müharibəyə və mənim prezidentliyim zamanı heç vaxt baş verməyəcək İsrailə hücumun yaratdığı müharibəyə son qoyacağam”, - Tramp son çıxışında deyib.
Qurultay zamanı Donald Tramp Ohayo ştatının 39 yaşlı senatoru Cey Di Vensi vitse-prezidentliyə namizəd kimi irəli sürüb.
2024-cü il prezident seçkilərində Trampın rəqibi namizədliyini geri götürməyə çağırılan demokrat Co Baydendir. 81 yaşlı hazırkı prezident hazırda “Covid-19”dan əziyyət çəkir və özünü təcrid edib.
“Washington Post”un yazdığı kimi, ABŞ-ın keçmiş prezidenti Barak Obama müttəfiqlərinə deyib ki, Bayden yenidən seçilmək istəyinə ciddi şəkildə yenidən baxmalıdır və onun qalib gəlmə şansı “xeyli dərəcədə azalıb”. Co Bayden Barak Obamanın prezidentliyi dövründə vitse-prezident olub.
Prezident Bayden yaşı və səhhəti ilə bağlı narahatlıqları rədd edir və namizədliyini geri götürmək fikrində olmadığını deyir.
Milyarder iş adamı, respublikaçı Donald Tramp daha əvvəl 2017-2020-ci illərdə ABŞ prezidenti olub. O, 2020-ci ilin noyabr seçkilərində də namizəd olub, lakin Baydenə uduzub. Tramp seçkinin saxtalaşdırıldığını və bu səbəbdən məğlubiyyətini qəbullanmayacağını iddia edirdi.