İsrail Müdafiə Qüvvələri əsgərlərin, o cümlədən ehtiyatda olan hərbçilərin Gürcüstan və Azərbaycana səfərlərini qadağan edir və bu ölkələrdə olanları dərhal vətənlərinə qayıtmağa çağırır. Medianın məlumatına görə, Tsahal müvafiq göstərişi avqustun 11-də verib. Gürcüstan hökuməti hələlik bu məsələyə münasibət bildirməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“The Times of Israel”in yazdığı kimi, göstəriş İranın Fələstinin “HƏMAS” terror qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin qətlinə cavab olaraq bu ölkələrdəki hədəflərə çatmağa cəhd edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda verilib.
Nəşrin məlumatına görə, Tsalha məsələ barədə yalnız onu bildirib ki, İsrail daim təhlükəni qiymətləndirir və buna uyğun olaraq hərbi qulluqçuların ölkəyə girişinə icazə verilən ölkələrin siyahısını yeniləyir.
İyulun 31-nə keçən gecə İranın paytaxtı Tehranda “HƏMAS” Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb. Mətbuatın yazdığına görə, o, evində bombanın partlaması nəticəsində həlak olub. İran cavab tədbirləri görəcəyi ilə hədələsə də, İsrail hakimiyyəti insidentə görə məsuliyyəti rəsmən üzərinə götürməyib. Cümə günü İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, o, İsrail hüdudlarından kənarda yerləşən hədəflərə zərbə endirməyi nəzərdən keçirir.
İsmayıl Haniyə Tehrana İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi üçün gəlmişdi. Sözügedən tədbir iyulun 30-da keçirilib və orada Həniiynin yaxınlığında əyləşən Gürcüstanın baş naziri İrakli Kobaxidze də iştirak edib.