Gürcüstanın Baş Nazirinin müavini, Mədəniyyət və İdman Naziri Tea Tsulukiani Amerika Birləşmiş Ştatlarının “Gürcü Arzusu” üzvlərinə viza sanksiyaları tətbiq etmək qərarını “növbəti səhv” adlandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Əminliklə demək olar ki, bu, Amerika Birləşmiş Ştatlarının öz strateji tərəfdaşı ilə münasibətlərdə təəssüf ki, etdiyi növbəti səhvdir. Bu, ilk səhv deyil və yəqin ki, başqa səhvlərə də yol veriləcəyini güman etməliyik. Ümid edirik ki, yox, amma dinamika bunu şəxsən mənə bunu güman etdirir”, - Tsulukiani “İmedi” televiziyasının efirində deyib.
Onun sözlərinə görə, ABŞ-ın bu qərarı iki ölkə arasında münasibətlərin bərpa olunmağa başlayacağı günə qədər olan vaxtı daha da uzadacaq.
“Ona görə də səhvdir. Təbii ki, ilk növbədə Amerika Birləşmiş Ştatlarının bu münasibətləri bərpa etməyə ehtiyacı var. Biz bu günü gözləyəcəyik, çünki biz strateji tərəfdaşlığımıza sadiq idik və sadiqik. Biz heç vaxt Amerika Birləşmiş Ştatlarını və onun dostluğunu rədd etməmişik. Əslində bu hakimiyyət kim üçünsə problemidir. 12 il fasiləsiz üzvü olduğum bu hökumət heç bir sahədə və heç bir istiqamətdə strateji tərəfdaşlığa qarşı heç bir addım atmayıb. Dostumuzun bizimlə yenidən mehriban danışmağa, inqilabların təşkilini maliyyələşdirməkdən imtina etməyə qərar verəcəyi günü səbirlə gözləyəcəyik”, - Tea Tsulukiani bildirib.
Tsulukiani hesab edir ki, ABŞ sanksiyalarının məqsədi hökumətlə xalq arasında uçurum yaratmaq və/və ya dərinləşdirməkdir.
ABŞ Dövlət Departamenti Gürcüstan parlamenti tərəfindən “xarici agentlər haqqında” rus qanununun təsdiqlənməsi, habelə qanunun əleyhdarlarına qarşı zorakılıq və hədə-qorxu kampaniyası ilə əlaqədar yeni viza məhdudiyyəti siyasəti tətbiq edib və iyunun 6-da onlarla Gürcüstan vətəndaşı bu siyasət çərçivəsində sanksiyaya məruz qalıb. Viza sanksiyalarının birinci hissəsi 30-a yaxın insanı əhatə edib. Onların arasında “Gürcü Arzusu”nun üzvləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər də var. Sanksiyaya məruz qalanların adları açıqlanmayıb.
ABŞ əlavə sanksiyalar tətbiq etməyə hazırdır. Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, Gürcüstan hökumətinin vəziyyəti dəyişmək üçün hələ vaxtı var.