Dortmundda keçirilən Gürcüstan-Türkiyə oyunu öncəsi azarkeşlər arasında davaya görə “UEFA” Gürcüstan Futbol Federasiyasını 30 min avro, Türkiyəni isə 25 min avro cərimələyib. Bundan başqa, Gürcüstan stadionda pirotexniki vasitələrdən istifadə edildiyinə görə də 6250 lari məbləğində cərimələnib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstan - Portuqaliya oyunu ilə bağlı da cərimə yazılıb. O cümlədən, Gürcüstan Futbol Federasiyası azarkeşin meydançaya girməsinə görə 8 min avro, pirotexniki vasitələrdən istifadəyə görə isə 1750 avro cərimələnib.
Gürcüstan Futbol Federasiyası üçün yazılan cərimələrin məbləği 46 000 avro təşkil edib ki, bu da təxminən 137 000 laridir.
Associated Press nəşri yazır ki, 36 oyunluq qrup mərhələsində 24 milli federasiyadan 22-si cərimələnib. Yeganə istisnalar Slovakiya və İspaniya olub. Cərimələrin ümumi məbləği 1,3 milyon avroya çatır.
Avropa çempionatında ilk dəfə iştirak edən Gürcüstan millisi F qrupunda üç oyun keçirərək 1/8 finala yüksəlib. İyunun 18-də Gürcüstan Türkiyəyə 3:1 məğlub olub, iyunun 22-də Çexiya ilə 1:1 edərək, iyunun 26-da Portuqaliyaya 2:0 hesabı ilə qalib gəlib. İyunun 30-da millimiz 1/8 finalda İspaniya ilə qarşılaşıb. Oyun İspaniyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Gürcüstan Avro-2024-ə vida edib.
“UEFA” qrup mərhələsində qazandığı uğura görə Gürcüstan millisinə 12,25 milyon avro (təxminən 37 milyon lari) ödəməlidir.