“Gürcü Arzusu”nun sədri, İrakli Kobaxidze ümid edir ki, Amerika Birləşmiş Ştatlarının, tezliklə Kelli Deqnanın yerinə gələcək yeni səfiri “fərqli” davranacaq və gələcəkdə “qütbləşmənin maliyyələşdirilməsi, təhqiramiz bəyanatların və ədəbsizliklərin təşviqi olmayacaq”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidze jurnalistlərə müsahibəsində parlament çoxluğuna daxil olan “Xalqın Gücü”nün son bəyanatını şərh edib. “Xalqın Gücü” səfir Deqnanı “antimilli, kilsə əleyhinə və təcavüzkar liberal-faşist təşkilatları” dəstəkləməkdə və maliyyələşdirməkdə ittiham edib. “Xalqın Gücü”nün məlumatına görə, iyunun 17-də zorakı qruplar Liberal Akademiyanın gənclər düşərgəsinə basqın edən zaman “Deqnan Borjomiyə nəqliyyat göndərib və qorxuya düşmüş “Qirçili” mülki fəalları konsulluğa məxsus mikroavtobuslarla oradan uzaqlaşdırıb.
“Mən bu mövzuya, o cümlədən səfirin tezliklə dəyişəcəyinə görə toxunmaq istəmirəm”, – Kobaxidze “Xalqın Gücü”nün bəyanatından yayınmadan jurnalistlərə deyib.
“Keçmiş haqqında danışmaq istəmirəm. Mənim üçün əsas odur ki, gələcəkdə qütbləşməyə dəstək təkrarlanmasın, qütbləşməyə maliyyə ayrılmasın, biz diqqətimizi buna yönəltməliyik - artıq vəzifəsini tərk etmək üzrə olan səfirin qiymətləndirilməsinə deyil, irəliyə baxıb ümid etməliyik ki, gələcəkdə qütbləşmənin maliyyələşdirilməsi, qütbləşmənin təşviqi, təhqiramiz ifadələrin təşviqi olmayacaq. Mənim, səfirin gələcəkdə fərqli davranacağına böyük ümidim var, yeni səfirin nöqteyi-nəzərindən bu ümidə malik olmalıyıq”, - Kobaxidze bildirib.
29 yanvar 2020-ci ildən ABŞ-ın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışan Kelli Deqnanın səlahiyyət müddəti tezliklə başa çatacaq. Prezident Co Bayden yeni səfir vəzifəsinə Robin Daniqenın namizədliyini irəli sürüb. Robin Daniqen ABŞ Dövlət Departamentində Avropa və Avrasiya Bürosunda dövlət katibinin Mərkəzi və Şərqi Avropa məsələləri üzrə köməkçisinin müavini vəzifəsində çalışır. O, əvvəllər ABŞ-ın Avstriyadakı səfirliyində müvəqqəti işlər vəkili və missiya rəhbərinin müavini olub. Müxtəlif vaxtlarda o, Energetika Bürosunun katibinin köməkçisinin müavini vəzifəsində çalışıb və ABŞ-ın Vyetnam, Çili, Türkiyə, Kuba və El-Salvadordakı səfirliklərində işləyib.
Bu mövzu haqqında:
Gürcüstana səfir təyin ediləcəyi təqdirdə Robin Daniqenin üzərində işləyəcəyi 4 prioritet