Brüsseldə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və NATO-nun baş katibi Yens Stoltenberq NATO-Gürcüstan tərəfdaşlığının gücləndirilməsi barədə danışıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Stoltenberqin sözlərinə görə, Gürcüstan NATO-nun ən yaxın tərəfdaşlarından biridir və onun siyasi və praktiki dəstəyinə arxalana bilər.
“Öz növbəsində mən ümid edirəm ki, Gürcüstan daxili islahatlar aparmaq və demokratik standartları qorumaq üçün səylərini ikiqat artıracaq.
Məhz buna görə xarici təsir agentləri haqqında qanun layihəsinin geri götürülməsi qərarını təqdir etdim. O, Avro-Atlantik dəyərlərə və fundamental azadlıqların qorunmasına uyğun gəlmirdi. Gürcü xalqı açıq şəkildə göstərdi ki, o, demokratik, firavan, Avro-Atlantik regiona inteqrasiya olunmuş ölkə istəyir.
Bu istəklər üzərində işləyərkən NATO sizin tərəfdaşınız olaraq qalacaq”, - Stoltenberq İrakli Ğaribaşviliyə deyib.
Gürcüstanın Baş naziri NATO müttəfiqlərinə Gürcüstanın Avroatlantik istəklərini, ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə təşəkkür edib. Ğaribaşvilinin sözlərinə görə, Gürcüstanın Avro-Atlantik istəyi hökumətin xarici siyasətinin əsas prioriteti olaraq qalır.
“Son on il ərzində biz mühüm irəliləyiş əldə etmişik. Biz Avropa İttifaqı ilə assosiasiya sazişini, azad ticarət sazişini imzalayıb, vizasız rejimi və keçən il isə Avropa perspektivini əldə etdik, bu, tarixi qərardır. İndi biz aktiv olaraq tezliklə tamamlanacaq olan eyni adlı 12 tövsiyyə üzərində işləyirik. Biz əminik ki, Gürcüstan namizəd statusuna layiqdir”, – Ğaribaşvili bildirib.
İrakli Ğaribaşvili və Yens Stoltenberqin görüşü Brüsseldə, NATO-nun qərargahında keçirilib.
Bu mövzu haqqında: