Moskvanın Basmani Məhkəməsi Ukrayna tərəfində döyüşən “Gürcü Legionu”nun komandir müavini Levan Pilipia barəsində həbs-qətimkan tədbiri kimi qiyabi olaraq iki aylıq həbs cəzası seçib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rusiya hakimiyyət orqanları Pipianı Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsinə əsasən ittiham edir. Cinayət 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Levan Pipia üçün beynəlxalq axtarış elan edilib. Məhkəmənin qərarına əsasən, həbsdə saxlanma müddəti onun Rusiyaya ekstradisiya edildiyi və ya Rusiya ərazisində həbs edildiyi andan hesablanacaq.
Levan Pipia Abxaziyanın işğal olunmuş Oçamçire şəhərində anadan olub. O, 2016-cı ildən Ukraynada Rusiyaya qarşı döyüşür.
“Gürcüs Legionu” 2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcında yaradılan könüllü hərbi birləşmədir. Bu, Ukrayna Silahlı Qüvvələrində xarici döyüşçülərdən ibarət ən böyük birləşmədir. Qrupun yaradıcısı və rəhbəri Mamuka Mamulaşvilidir.
2023-cü ilin iyulunda Rusiya Daxili İşlər Nazirliyi Mamuka Mamulaşvili və “Gürcü Legionu”nun 70-dən çox üzvünə qarşı qiyabi olaraq cinayət ittihamı irəli sürüb. 2024-cü il fevralın sonunda Basmani məhkəməsi Mamuka Mamulaşvili barəsində qiyabi həbs qətimkan tədbiri seçib.