Rusiyada Mamuka Mamulaşvili barəsində qiyabi həbs qətimkan tədbiri seçilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Moskvanın Basmanni rayon məhkəməsi Ukrayna tərəfində döyüşən Gürcüstan vətəndaşı, “Gürcü Legionu”nun komandiri Mamuka Mamulaşvili barəsində qətimkan tədbiri olaraq iki aylıq qiyabi həbs cəzası seçib.

“TASS” agentliyinin məlumatına görə, həbs müddəti Mamulaşvilinin Rusiya Federasiyası ərazisində ekstradisiya edildiyi və ya həbs edildiyi andan başlayacaq.

“Mamulaşvili barəsində federal və beynəlxalq axtarış elan edilib. O, muzdlu fəaliyyətdə və mediadan istifadə edərək nifrətin qızışdırılmasında ittiham olunur”, - “TASS”ın respondenti bildirib.

Rusiya İstintaq Komitəsi Mamuka Mamulaşvilini Ukrayna ərazisində silahlı birləşmə yaratmaqda və ona rəhbərlik etməkdə, həmçinin azı 24 Gürcüstan vətəndaşını “Gürcü Legionu” və digər Ukrayna silahlı birləşmələrinin fəaliyyətinə cəlb etməkdə ittiham edir. Bundan əlavə, istintaq komitəsi bildirib ki, internetdə Mamulaşvilinin rus əsgərlərini məhv etməyə çağırdığı müsahibəsinə rast gəlinir.

İstintaqın məlumatına görə, Ukraynada Rusiya silahlı qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak edən “Gürcü Legionu”nun fəaliyyətində iştirak edən digər şəxslər də müəyyən edilib.

Rusiya Daxili İşlər Nazirliyi “Gürcü Legionu”nun komandirinin axtarışını 2023-cü ilin oktyabrında elan edib. Bundan əvvəl Mamuka Mamulaşvili və Legionun 70-dən çox üzvünə qiyabi ittiham irəli sürülüb.

Rusiya Gürcüstanın ən azı 100 vətəndaşı üçün axtarış elan edib. 2024-cü ilin fevralında Rusiyanın müstəqil “Mediazona” nəşri Daxili İşlər Nazirliyinin məlumat bazasını dərc edib, ona əsasən axtarışda olanlar arasında Gürcüstan parlamentinin deputatı Aleksandre Elisaşvili, “işğal əleyhinə hərəkat”ın lideri Davit Katsarava , vəkil Beka Basilaia və Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili də var. Onların dördü də müxtəlif vaxtlarda Ukraynada döyüşüb. Rusiya hazırda Ukraynada olan gürcü döyüşçü Vano Nadiradze və hərbi tibb bacısı Keti Leşkaşelini də axtarır.

 

Bu mövzu haqqında:

Azovstal mühafizəçisi, 22 yaşlı Mamuka Qatserelia işğal altında olan Donetskdə ömürlük həbsə məhkum edilib 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur