Ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili vəzifəsini tərk edir. Partiyanın mərkəzi aparatında keçirilən brifinqdə o, bu qərara səbəb kimi səhhətinin pisləşməsini göstərib. Partiyanın yeni sədri Tina Bokuçava olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mənim üçün bu, əlbəttə ki, ağırdır, lakin həkimlərin ciddi tövsiyəsinə əsasən, 2-3 ay müddətinə işləməyim fakatiki olaraq qadağandır.
Özümə haqq verə bilmərəm ki, seçkiyə cəmi 4 ayın qaldığı bir vaxtda 2-3 ay ərzində partiya sədri funksional olmasın, gündəlik işlərlə məşğul olmasın, 24 saatlıq iş rejimində olmasın.
Ona görə də komandamızın qərarına əsasən, Tina ilə məsləhətləşmələr nəticəsində konkret qərar qəbul etdik”, - deyə Xabeişvili bildirib və bir neçə gündən sonra partiyanın qurultayını çağıracağını və üzvlərə iki dəyişiklik təklif edəcəyini izah edib: “Birincisi partiya sədrinə aiddir və mən qurultaya Tina Bokuçavanı partiyanın sədri kimi təklif etmək istəyirəm. Həmçinin siyasi şuranın sədrliyinə namizəd kimi qurultaya özümü təklif vermək istəryirəm, çünki siyasi şura gündəlik iş deyil və təbii ki, komanda ilə birlikdə bütün siyasi qərarlarda iştirak edəcəyəm”.
“Rus İvanişvilinin cəlladları, quldurlara çevrilmiş xüsusi təyinatlılarının əlindən bir gənci xilas etməyə cəhd edərkən sən inanılmaz dinclik, əzm və cəsarət göstərdin ki, bunu həqiqətən yalnız qələbəyə inanan insanlar edə bilərdi. Bu mübarizəyə bu etimada görə təşəkkür edirəm.
Bu gün mən seçkilərə necə girdiyimiz və ölkəmiz üçün bu mühüm seçkilərdə necə qalib gəldiyimizlə bağlı görüşlərim barədə ətraflı danışmayacağam, Levanın izah etdiyi kimi, yaxın gələcəkdə imkanımız olacaq, lakin, heç bir mübaliğəsiz bir şeyi deyim,
Bu gün ölkəmizin taleyi həll olunur, bu gün uşaqlarımızın harada yaşayacağı, Rusiyanın arxa bağçasında, yoxsa Avropa Gürcüstanında yaşayacağına qərar verilir. Bu seçkidə mən dərindən inanıram ki, biz İvanişvilini tək qoymalıyıq və Gürcüstanın ruslaşmasını qəbullanmayan bütün digər siyasi qüvvələr və ya ayrılıqda siyasətçilər Gürcüstan naminə, ölkəmiz və Avropa gələcəyimiz naminə birləşməlidir”, - Tina Bokuçava qeyd edib.
Levan Xabeişvili mayın 1-də xüsusi təyinatlılar tərəfindən ağır şəkildə döyülüb və başından və üz nahiyəsindən xəsarət alıb. Bu iş üzrə heç kim cəzalandırılmayıb.
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkələrdə partiya sədrinin dəyişməsinə münasibət bildirib.
“Mən Tina Bokuçavanın yeni sədr seçilməsini və partiyanın yenilənməsi istiqamətində atılan addımları dəstəkləyirəm. Mən Levanın siyasi motivli fiziki hücum nəticəsində zərər görmüş sağlamlığının qayğısına qalmaq və “VMH”nin sədri vəzifəsindən partiyanın siyasi şurasının sədri vəzifəsinə keçmək qərarını alqışlayıram. Biz bütün siyasi qüvvələrin birləşməsi üçün əlimizdən gələni etməliyik. Oradan çıxış edək ki, bu gün xalqın və xüsusən də gənclərin sifarişi budur. “VMH” uğurlu dövlət quruculuğu ənənəsinə və daim yenilənmə prosesinə əsaslanacaq yeni simalar, yeni ideyalarla bu istiqamətdə tamamilə yenidən qurulacaq”, - Saakaşvili yazıb.