Xaraqauli bələdiyyəsində 28 yaşlı Amiran Kvirikaşvilinin intiharı ilə bağlı Sosial Ədalət Mərkəzi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Amiran Kvirikaşvili polisin təzyiqi nəticəsində özünü öldürüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Amiran Kvirikaşvilinin anası İnsan Hüquqlarının və Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və 13-cü (effektiv hüquqi müdafiə vasitələrindən istifadə hüququ) maddələrinin pozulması əsasında müraciət edir.
Amiran Kvirikaşvili 2017-ci il noyabrın 4-də intihar edib.
Bir həftə əvvəl, oktyabrın 28-də o, “müsahibə üçün” Xaraqauli polis bölməsinə çağırılıb. Ailə üzvlərinin məlumatına görə, Xaraqauli polisinin rəis müavini Amiran Kvirikaşvilini metal qırıntıları oğurlamaqda günahlandırıb, onun üzünə kağızlar vurub və “bu işə baxacağı” ilə hədələyib.
“Ya bizimlə əməkdaşlıq et, ya da səni tutacağıq. Bu o təhdid idi ki, dözə bilmədi buna. O, şəxsən mənə deyirdi ki, ya özümü öldürməliyəm, ya da onları. Onlara heç nə edə bilməzdi… özünə zərər verdi. Çoxlu qırıntılar təhvil vermisən... söhbətindən onu başa düşürdüm ki, dözə bilmədiyi psixoloji təzyiq var idi”, - mərhumun bacısı Nato Kvirikaşvili deyib.
İntihar hadisəsi təxminən bir həftə ərzində Xaraqauli polisi tərəfindən araşdırılırdı, hansı ki, bu qanunsuzdur, çünki Kvirikaşvili həmin bölmədə edilən təzyiqlərə görə özünü öldürüb. Cəmi 5 gündən sonra iş prokurorluğa verildi. İstintaq hələ yekunlaşmayıb.
Sosial Ədalət Mərkəzinin qiymətləndirməsinə görə, iş ilə bağlı əks sübutların olmasına baxmayaraq, prokurorluq Xaraqauli polis idarəsinin Amiran Kvirikaşvilinin intiharının onun səhhəti və iqtisadi vəziyyətinin pis olması ilə bağlı olması fərziyyəsini qeyd-şərtsiz qəbul edir.
“Bundan əlavə, prokurorluq bir sıra mühüm istintaq işlərini aparmayıb, xüsusilə: Mərhumun ölümdən əvvəl sağlamlıq vəziyyətini araşdırmaq üçün komissarlıq ekspertizası, mərhumun polis məntəqəsində dindirilməsi ilə bağlı hadisələrin rekonstruksiyası, ölümdən sonraki psixoloji ekspertiza, iş üçün vacib məlumat verə biləcək şahidlərin dindirilməsi və s. Prokurorluq, həmçinin şahidlərin ifadələrini yoxlamağa və aralarındakı ziddiyyətləri aradan qaldırmağa cəhd etməyib. Bundan başqa, istintaq mərhumun polis bölməsinə çağırılmasının səbəbini və onunla müsahibənin məzmununu müəyyən edə bilməyib. İstintaq işlərinin çoxu gec aparılıb, iş üzrə ümumi qərarın qəbulu isə beş ildən çoxdur ki, yubanır”, - Sosial Ədalət Mərkəzi bildirir.
Bu halları nəzərə alaraq, ərizəçi qeyd edir ki, Prokurorluq tərəfindən aparılan istintaq səmərəsizdir və Konvensiyanın 2 və 3-cü maddələri ilə müəyyən edilmiş səmərəli istintaq standartlarına cavab vermir.
Bir neçə gün əvvəl Avropa İnsan Haqları Məhkəməsi 2017-ci il dekabrın 26-da Pankisi vadisində keçirilən xüsusi əməliyyat nəticəsində öldürülən 19 yaşlı Temirlan Maçalikaşvilinin işi üzrə qərarını açıqlayıb və Konvensiyanın 2-ci maddəsinin, yəni yaşamaq hüququnun (prosedural hissədə) Gürcüstan dövləti tərəfindən pozulmasını müəyyən edib. Məhkəmə qərarında istintaqın səmərəsizliyi və yol verilən nöqsanlar göstərilir.