“Bu, bizim üçün prinsipial məsələdir. Əlbəttə, biz “Milli Hərəkat”ın nümayəndələrinin, xarici agentlərin məhkəmə ilə bağlı istintaq komissiyası yaratmağına imkan verə bilməyəcəyik”, - deyə parlament çoxluğunun lideri İrakli Kobaxidze “Gürcü Arzusu” Məhkəmə-hüquq sistemindəki korrupsiyanı araşdıran parlamentin müvəqqəti istintaq komissiyasının yaradılması məsələsini düşürdükdən sonra bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü Arzusu”nun deputatları korrupsiyada iştirak etdiklərinə görə Amerika Birləşmiş Ştatları tərəfindən sanksiya tətbiq edilən hakimlərə həmrəyliklərini bu gün də bildiriblər və səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçməyiblər. Kvorum olmadığına görə səsvermə artıq ikinci dəfə baş tutmayıb. Kvorum üçün 76 deputat lazım idi, qeydiyyatdan isə 52 deputat keçib.
“Gürcü Arzusu”nun sədri hesab edir ki, komissiyanın yaradılması məhkəmənin müstəqilliyinə təhlükə yaradır.
“Ədliyyə sistemi mütləq müstəqil olaraq qalacaq, bu, 2012-ci ildən bəri əldə etdiyimiz əsas nailiyyətlərimizdən biridir və biz heç kimə bu nailiyyətə heç bir şəkildə kölgə salmasına imkan verə bilməyəcəyik”.
Məhkəmə mütləq müstəqil qalacaq. Yadınızdadırmı, 2012-ci ilə qədər vəziyyət necə idi, bu, ən pis vəziyyət idi, bilavasitə Saakaşvili və Adeişvilinin rəhbərlik etdiyi qanlı, kriminal məhkəmə sistemi var idi və əlbəttə ki, Gürcüstan bu dövrə heç vaxt qayıtmayacaq”, - Kobaxidze jurnalistlərə bildirib.
İstintaq komissiyasının yaradılması təşəbbüsü parlamentin müxalifətçi deputatlarına məxsusdur. Parlament çoxluğu bu məsələni ilk dəfə dünən, aprelin 18-də qeydiyyatdan imtina edərək düşürüb. Müvəqqəti istintaq komissiyasının yaradılması üçün azı 50 deputatın səsi lazımdır.Kvorum yaransa, müxalifət lazımi sayda səsə malik idi.
Müxalifətçi deputat Tamar Kordzaianın fikrincə, hakim partiya komissiyanın yaradılmasına mane olmaqla, məhkəmədə mövcud olan klana himayəçilik edir: “Hətta komissiyanın yaradılması belə bu günki iqtidardan daha aydın lustrasiyasını ortaya qoya bilməzdi. Onların bunu etmək [kvorumu düşürmək] üçün heç bir arqumentləri yox idi. Sadəcə olaraq məhkəmə klanına borcludurlar və ona himayəçilik edirlər”.
Məhkəmə-hüquq sistemində korrupsiya və digər qanunsuz halların araşdırılması üçün müvəqqəti istintaq komissiyasının yaradılması haqqında qərar layihəsi parlamentdə qeydiyyatdan ötən ilin dekabrında keçsə də, ilk dəfə səsə aprelin 18-də qoyulub. Bu məsələ ABŞ-ın üç cari və bir keçmiş gürcü hakimi Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzeyə qarşı sanksiyalar tətbiq etməsindən sonra xüsusilə aktuallaşıb. ABŞ Dövlət Departamentinin bu qərarından sonra baş nazir İrakli Ğaribaşvili hakimlərə dəstəyini ifadə edərək, “başqa ölkələrin bizim məhkəmənin daxili işlərinə qarışması yol verilməzdir” deyib.