Temirlan Maçalikaşvilinin həyatına sui-qəsd işi üzrə yenidən istintaq aparılmayacaq. İyunun 18-də Xüsusi İstintaq Xidməti bəyan edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən müəyyən edilmiş pozuntular, hətta yeni istintaq şəraitində belə düzəldilə bilməz.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ötən il Strasburq Məhkəməsi “Maçalikaşvili və başqaları Gürcüstana qarşı” işi üzrə istintaq zamanı aşkar edilmiş fundamental pozuntulara görə yaşamaq hüququnun dövlət tərəfindən prosessual pozulmasını müəyyən edib. O cümlədən, Avropa Məhkəməsi istintaqın institusional müstəqilliyi tələbinin təmin olunmadığını qeyd edib. Qərarın icrasına 2024-cü ilin martında Gürcüstan dövlətini Maçalikaşvili işinin materiallarının Xüsusi İstintaq Xidməti tərəfindən tez bir zamanda Avropa Məhkəməsinin qərarının nəticələrinə uyğun olaraq nəzərdən keçirilməsinə və istintaqın bərpası haqqında qərar barədə komitəyə, habelə mərhumun ailəsinə məlumat verməyə çağıran Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir.
Xüsusi İstintaq Xidməti bildirir ki, Avropa Şurası Nazirlər Komitəsinin tövsiyəsində istintaqın bərpası tələbi yoxdur və “yalnız qeyd edir ki, istintaq orqanı işə baxsın və istintaqı bərpa etməyin məqsədəuyğu nolub-olmadığını müzakirə etsin”.
Xüsusi İstintaq Xidməti araşdırma məqsədi ilə Maçalikaşvilinin işini prokurorluqdan tələb edib, araşdırıb və istintaqın bərpasını məqsədəuyğun hesab etməyib və bunu belə izah edir:
“Avropa Məhkəməsinin qiymətləndirməsinə görə, hadisədən sonra [xüsusi əməliyyat zamanı Temirlan Maçalikaşvilinin ölümcül yaralanması nəzərdə tutulur – red.] ilk istintaq hərəkətini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı həyata keçirib və o müstəqil şəxs hesab edilə bilinməzdi. Xidmət sözügedən məsələni araşdırıb və izah edib ki, ilkin istintaqı müstəqil istintaq orqanının əməkdaşları aparmış olsalar belə, hadisə yerinə gəlmək ağlabatan vaxt aparacağından sübutların məhv edilməsi riski yenə də olacaqdı və əməliyyatı həyata keçirən təşkilat bu müddət ərzində hələ də dəlillərə çıxış əldə edə bilərdi. Eyni zamanda, bu cür risklər iş üzrə aparılan çoxsaylı digər istintaq-əməliyyat tədbirləri ilə sığortalanır.
Qeyd olunan pozuntu hissəsi üzrə istintaqın bərpası məsələsinə gəlincə, xidmət hesab edib ki, bu hissə üzrə istintaqın bərpası əsassızdır, çünki - axtarışın aparılması baş tutmuş faktdır və hətta istintaqın bərpası halında belə, təkrar istintaq üçün nəticə verəcək eyni vəziyyətdə ilkin istintaq hərəkətlərinin aparılması qeyri-mümkündür.
Avropa Məhkəməsi prokurorluğun əməliyyatın planlaşdırılması və nəzarəti mərhələsinin qiymətləndirilməsində məhdudlaşdırılmasını qüsur hesab edib, bununla əlaqədar xidmət izah edir ki, mövcud məlumatlar xüsusi əməliyyata qədər, əməliyyat zamanı və əməliyyatdan sonra sənədləşdirilmədiyinə və tərtib edilmədiyinə görə, hətta təkrar istintaq aparılsa belə, onu əldə etmək mümkün olmur və belə sənədlər fiziki cəhətdən mövcud olmadığı üçün götürülüb və üstəlik, Dövlət Təhlükəsizliyi Xidmətinin onları tərtib etməyə qanuni öhdəliyi yoxdur.
Avropa Məhkəməsinin danışdığı digər hal isə xüsusi tədbirdə iştirak edən və tədbirlə əlaqəli Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gecikmə ilə dindiriliblər. Xidmət hesab edib ki, xüsusi təyinatlıların gecikdirilmiş dindirilməsində kiminsə cinayət məqsədi və/yaxud niyyəti olduğuna dair heç bir sübut yoxdur. İstintaq müəyyən edib ki, onların dindirilməsi məxfi sənədlərin məxfilikdən çıxarılması ilə bağlı olub, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq hərəkətində iştirak etmək hüququ qazanıblar. Xüsusi təyinatlılar, hətta gecikmiş istintaq şəraitində belə, hadisə ilə bağlı istintaqa tam məlumat veriblər. Burada qeyd etmək lazımdır ki, mövqelərin razılaşdırılması riski onların eyni qurumda işlədiyi və uzun müddət tanışlıq tarixinə malik olduğu şəraitdə hipotetik olaraq hələ də mövcud olacaq. Müvafiq olaraq, xüsusi təyinatlıların dindirilməsi və onlardan hadisə ilə bağlı ətraflı məlumatların alınması ilə bağlı istintaqın məqsədləri yerinə yetirilib. Ona görə də, bu məsələ ilə bağlı istintaqın bərpası ağlabatan əsaslara malik deyil və yersizdir.
Həmçinin, Avropa Məhkəməsi hesab edir ki, şikayətçilərə cinayət işinin məxfi materialları ilə tanış olmaq imkanı verilməyib və bu, onların istintaqda iştirak imkanlarını məhdudlaşdırıb. Xidmət sözügedən halı öyrənib və bu halın araşdırmanın bərpası üçün nə dərəcədə əsas olduğunu qiymətləndirib. Xüsusilə, işin məxfi materiallarının şikayətçilərə gecikmə ilə çatdırılması istintaqın nəticələrinə təsir edəcək əhəmiyyətli zərərə səbəb olmamışdır. Məxfi rejim sənədlərinə xüsusi və qiymətləndirici yanaşma qaydası nəzərə alınıb. Həmçinin hesab edilmişdir ki, məxfi materialların gec açıqlanması ilə şikayətçi tərəfin iştirakı məhdudlaşdırılan istintaq-əməliyyat istiqamətlərində istintaq orqanı iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün çoxsaylı digər tədbirlər həyata keçirmiş və ağlabatan tədbirlər görmüşdür. Nəhayət, şikayətçi tərəf işin məxfi materialları və orada olan məlumatlarla tanış olub. Lakin işdə istintaqı onlara məlumatın gec çatdırılmasının cinayət əməlinin nəticəsi olduğunu düşündürəcək heç bir əlamət yoxdur.
Müvafiq olaraq, xidmət hesab edir ki, Avropa Məhkəməsinin qərarı ilə müəyyən edilmiş pozuntular istintaqın bərpası üçün əsas ola biləcək xarakter daşımadığından və qeyd olunan nöqsanlar/pozuntular hətta yeni istintaq şəraitində belə düzəldilə bilinməyəcəyindən, yenidən istintaq aparmaq ağlabatan və məqsədəuyğun olmazdı”, - Xüsusi İstintaq Xidmətinin bəyanatında deyilir.
2017-ci il dekabrın 26-da Pankisi vadisində xüsusi əməliyyat zamanı 19 yaşlı Temirlan Maçalikaşvili evinin yataq otağında xüsusi təyinatlılar tərəfindən başından güllə yarası alıb. Dövlət Təhlükəsizlik Xidməti Temirlan Maçalikaşvilini və Pankisi vadisində yaşayan bir neçə başqa şəxsi beynəlxalq terrorçu kimi tanınan Əhməd Çatayevə və onun qruplaşmasına kömək etməkdə ittiham edib. Yaralı Maçalikaşvili 2018-ci il yanvarın 10-da ona qarşı ittiham irəli sürülmədən dünyasını dəyişib. Digər şəxslər saxlanılıb. Məhkəmə onları təqsirli bilib və həbs cəzasına məhkum edib. Prokurorluq Temirlan Maçalikaşvilinin ölümcül yaralanması ilə bağlı Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsi ilə, yəni zorakılıqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi nəzərdə tutan cinayət işi üzrə istintaq aparırdı. 25 yanvar 2020-ci il tarixdə cinayət tərkibi olmadığı üçün istintaqa xitam verilib. 27 mart 2020-ci il tarixdə Xalq Müdafiəçisi qurumun təmin etmədiyi iş üzrə istintaqın təzələnməsi xahişi ilə Baş Prokurorluğa müraciət edibç lakin qurum bu müraciəti təmin etməyib. Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili Tbilisidə parlament binası qarşısında davamlı etiraz aksiyası keçirərək oğlunun qətli ilə bağlı işin araşdırılmasını tələb edirdi.