Parlament hökumətin tələbi ilə sürətləndirilmiş qaydada baxılan “Müdafiə Məcəlləsinə dəyişikliklərin daxil edilməsi haqqında” qanun layihəsini 1-ci oxunuşda qəbul edib. Dəyişikliklər əsasən distant təhsil alan tələbələrə və dini qurumların nümayəndələrinə təsir edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xarici ölkənin ali təhsil müəssisəsində tam distant formada təhsil alan tələbələr bundan sonra təxirə salma hüququndan istifadə edə bilməyəcəklər.
Belə tələbələr üçün qanun çağırışçılar üçün məqbul milli hərbi xidmət formasının seçilməsi imkanını müəyyən edəcək. Xüsusilə, ehtiyatda olan kiçik zabitlərin könüllü hərbi hazırlıq proqramını və ya tələbələrin könüllü hərbi hazırlıq proqramını (4 il ərzində hər ay həftəlik/ayda bir neçə gün) və ya hərbi xidmət növlərindən (müddətlərdən - 6, 8, 11 ay) birini seçmək imkanı.
Mövcud “Müdafiə Məcəlləsi”nə görə, hətta xarici ölkənin ali təhsil müəssisəsində distant formada təhsil alan və bu təhsili ilə əlaqədar xarici ölkəyə getmək öhdəliyi olmayan tələbə də, hərbi xidmətini təxirə salmaq hüququndan istifadə edir.
Müdafiə nazirinin müavini Qriqol Qiorqadzenin sözlərinə görə, bəzi ölkələrdə onlayn tələbə statusunu və distant təhsili əldə etmək çox asandır və orduya getmək istəməyənlər üçün bir növ “qara dəliyə” çevrilib.
“Çağırışçının onlayn tələbə statusu əldə edərək hərbi xidmətini təxirə salmasının mümkün olduğu dövrdə müəyyən şəxslər biznes təşkil ediblər”, - Qiorqadze bildirib.
Qanun layihəsində Müdafiə Məcəlləsinə “aktiv tələbə” termini daxil edilir - Gürcüstanın qanunla tanınmış ali təhsil müəssisəsinin aktiv statusuna malik tələbə olan şəxs çağırışçıları milli hərbi xidmətə çağırmaq hüququndan təhsilin hər pilləsində, məzun olanadək istifadə edəcək.
2023-cü ilin avqust ayının göstəricilərinə əsasən Gürcüstanda 30 minə yaxın tələbənin statusu təhsil haqqının ödənilməməsi səbəbindən dayandırılıb. Noyabrın 28-də parlamentdə çıxışı zamanı təhsil naziri bildirib ki, borcun sıfırlanması proqramı ilə 2023-cü ilin sentyabrından 4000 tələbənin tələbə statusu bərpa edilib və onlar yenidən tədris prosesinə qayıdıblar.
Qanun layihəsinə əsasən, şəxs çağırışçının hərbi qeydiyyata alınması haqqında qərarı ona rəsmi şəkildə bəyan edildikdən sonra 15 təqvim günü müddətində şikayət etmək hüququna malikdir.
Çağırışçıların hərbi xidmətə çağırılması qərarının şikayət olunması onun keçərliliyini dayandıra bilməz.
İzahat qeydində deyilir ki, dəyişiklik müdafiə və təhlükəsizliklə bağlı qərarların vaxtında icrasını təmin edəcək. Bu məsələ əsasən din xadimlərinə, müxtəlif dini qurumların, o cümlədən “Qirçi” partiyasının təsis etdiyi “İncil azadlığı” kimi qondarma qurumların nümayəndələrinə şamil edilir. Bu qurumun keşişi statusu ilə 2016-2022-ci illərdə 36 mindən çox çağırışçı məcburi hərbi xidmətdən yayınıb.
Gürcüstan parlamenti Müdafiə Məcəlləsini cəmi iki ay əvvəl, sentyabrın 21-də təsdiqləyib. 2025-ci ildən tətbiq olunacaq yeni məcəlləyə əsasən, bütün çağırışçılar yalnız Müdafiə Nazirliyi sistemində müddətli həqiqi hərbi xidmət keçəcəklər. Yalnız Gürcü Pravoslav Kilsəsinin din xadimləri hərbi xidmətdən azad ediləcək.