“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze jurnalistlərə müraciət edərək bildirib ki, millinin futbolçuları “qara pul uğrunda mübarizənin çirkli kampaniyasına” əlat etməsinlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mdinaradzenin sözlərinə görə, “xarici agentlər” haqqında rus qanununun tənqidini dəstəkləyən bir neçə məşhur insan onsuz da “Milli Hərəkat”ın tərəfdarıdırlar.
“Biz tərəfdarlarımıza demirik ki, belə bəyanatlar versinlər. Biz onları bu işə qatmırıq. O cümlədən futbolçulardan da xahiş edirəm, onların bəzilərini çox yaxşı tanıyıram: uşaqlar, çempion olduğunuz, qeyri-adi dərəcədə əla olduğunuz və həqiqətən də qəhrəman olduğunuz işə baxın. Biz də istəmirik. Dayanaq. Bu insanlar çox qısa müddətdən sonra Avropa çempionatında oynamalı və bütün Gürcüstan tərəfindən dəstəklənməlidir. Onları bölmək olmaz. Kimsə bizi dəstəkləməyə bilər, ya da kimsə dəstək ola bilər, kimsə dostumuzdur.
Levan Kobiaşvili hər mənada bizim ailəmizin üzvüdür və onların heç birinə dəstək vermələri barədə nə bir şey deyir, nə də buna cürət etmir. Onun üçün çətin olardı? Yığmanın heç olmasa yarısının bizi dəstəkləyən yazılar paylaşması, bizim üçün çətin olardı? Biz oyunçulara qarşı bu cürəti etmirik və onları rahat buraxın”, - Mdinaradze bildirib.
Teatr aktyorları, müğənnilər, idmançılar da rus qanununa qarşı çıxırlar. Aprelin 9-da Gürcüstan millisinin və İspaniyanın “Levante” futbol klubunun yarımmüdafiəçisi Qiorqi Koçoraşvili “Instagram” sosial şəbəkəsində Tbilisidə keçirilən – “Avropaya hə! Rus qanununa yox” aksiyasından onun bacısı qızının əlində Aİ bayrağı tutduğu fotosunu dərc edib. Futbolçunun bu davranışı aksiyaya dəstək kimi qəbul edilib. Bir neçə saatdan sonra Qiorqi Koçoraşvilinin “Instagram” hesabı yoxa çıxıb. Futbolçunun atası Roin Koçoraşvili də “Facebook”da eyni şəkli paylaşaraq “Gürcüstanın yolu Avropayadır” yazıb. O, mətbuata da müraciət ed’r’k deyib: “Bir çox jurnalistlər zəng edir. Cavab verə bilmədiyim üçün üzr istəyirəm. Burada mövqeyimizi bəlli etmişik və mən buna həyatımla cavabdehəm, mövqe dəyişməzdir”.
Aprelin 10-da Tbilisi meri və “Gürcü Arzusu”nun liderlərindən biri Kaxa Kaladze jurnalistlərə bildirib ki, Roin Koçoraşvilinin bəyanatında təəccüblü heç nə yoxdur, çünki o, “naçdır, Qaxariya partiyasının nümayəndəsidir”. Sosial şəbəkə istifadəçiləri Kaladzeyə xatırladıb ki, o, müxtəlif vaxtlarda “Vahid Milli Hərəkat”ın lideri Mixail Saakaşvilinin və keçmiş baş nazir Qiorqi Qaxariyanın tərəfdarı olub. Bunun fonunda millimizin futbolçusu Saba Kvirkvelia Kaxa Kaladzeni dəstəklədiyini bildirib və onunla çəkilmiş şəklini “Instagram” hesabında dərc edib.
Baş nazir İrakli Kobaxidze də müxalifəti gürcü idmanını və incəsənətini “öz siyasi çirkabına” atmağa “fəal cəhd etməkdə” ittiham edir.