Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 7-8-də “rus qanunu” adlanan qanuna qarşı keçirilən etiraz aksiyalarında zərər çəkən polis əməkdaşları Nazirliyin hüquq şöbəsinin dəstəyi ilə Gürcüstan prezidentinə müraciət edərək Salome Zurabişvilidən Lazare Qriqoriadisini əfv etməkdən çəkinməsini tələb ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətin müəllifləri martın 7-8-də keçirilən aksiyalar zamanı müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən yanıqlar alan hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
“Lazare Qriqoriadisinin ailə üzvlərinin və vəkillərinin Salome Zurabişviliyə onun əfv olunması üçün müraciət etdikləri barədə dəfələrlə məlumat yayıldıqdan sonra hüquq müdafiəçiləri prezidentə müraciət etmək qərarına gəliblər.
Zərərçəkmiş polislər hesab edirlər ki, prezidentin onlara hücum edən şəxsi əfv etməsi cəmiyyətdə ictimai asayişin müdafiəçilərinə edilən hücumun cəzasız qalacağı hissi yaradacaq.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, əfv Lazare Qriqoriadisinin ailə üzvünə qarşı törətdiyi zorakılıq faktına istinad edə bilər, lakin onlar hesab edirlər ki, bu, oxşar cinayət törətmiş şəxs üçün adi əfv deyil, mesaj olacaq ki, dövlət siyasəti polis məmuruna hücum, zorakılıq və ailə cinayətləri faktlarına qarşı loyaldır.
Sözügedən hərəkət bu kateqoriyadan olan cinayətlərə qarşı mübarizənin effektivliyini və dövlət qurumlarının səylərini şübhə altına alacaq.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları müraciətin əsaslarından biri kimi 2019-cu ildə Gürcüstan prezidentinin məhkəmə tərəfindən 12 il müddətinə azadlıqdan məhrum edilmiş 22 yaşlı polis əməkdaşı Taraş Mukbanyanın qətlində təqsirli bilinən və həbsxananı 5 il sonra tərk edən şəxsi əfv etməsi faktını da hallandırırlar.
21 yaşlı Lazare Qriqoriadisi martın 29-da polis tərəfindən saxlanılıb. Onu “Xarici agentlər”lə bağlı “rus qanunu”na qarşı keçirilən aksiyalarda polisə hücumu və Daxili İşlər Nazirliyinə məxsus avtomobilin yandırılmasında ittiham edirlər. Lazare Qriqoriadisi həbs edilib. Təqsiri sübuta yetirilərsə, onu 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Martın 7-8-də törədilən hərəkətlərə görə, həbsin maksimum doqquz aylıq müddəti dekabrın 29-da başa çatır, bundan sonra təqsirləndirilən şəxs həbsdə saxlanıla bilməz. Bundan əvvəl, sentyabrın 25-də məhkəmə artıq iki il əvvəl məişət zorakılığı işi üzrə Lazare Qriqoriadisini 1,5 il müddətinə azadlıqdan məhrum etmişdi. O, polisə hücum edib, avtomobili yandırmaqda təqsirli bilinsə belə, həbsdən çıxmayacaq.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Lazare Qriqoriadisinin təqsirsizlik prezumpsiyasını dəfələrlə pozub. Aprelin 3-də baş nazir deyib ki, “o [Lazare] polisi diri-diri yandırmaq niyyətində idi”. İyunun 30-da Ğaribaşvili parlamentdə çıxışı zamanı Lazare Qriqoriadisini növbəti dəfə təqsirkar elan edib: “Hansısa mənfur adam birbaşa polisə molotov kokteyli atıb onu diri-diri yandırmaq qərarına gəlib. Kim olduğu mənə maraqlı deyil. Bunu sizə hiddətlə deyirəm. Mən burada tamamilə barışmaz olacağam. Belə şeyə görə heç kəsi bağışlamayacağıq. Bu dövlətə əl qaldırmaqdır. Qoy bunu hamı yaxşı yadında saxlasın. İndi çıxıb müdafiə etsinlər. Niyə qorumurlar?! Niyə həbsdən çıxarmırlar?! Onu heç kim çıxara bilməz, polisə əl qaldırılan bu ağır cinayəti heç kim bağışlaya bilməz”.
Tbilisi şəhər məhkəməsi Lazare Qriqoriadisinin İrakli Ğaribaşvili və “Gürcü Arzusu” partiyasının sədrlinə qarşı iddiasın icraata qəbul etməkdən üç dəfə imtina edib. Lazare Qriqoriadisi böhtan faktının müəyyən edilməsini, şərəf və ləyaqətə toxunan ifadələrin rədd edilməsini, mənəvi ziyanın konpensasiyasına görə Ğaribaşvili və Kobaxidzinin hər birinə 2 lari təyin edilməsini tələb edib.