Ukrayna prezidenti Volodimir Zelenski Oleksi Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib və onun yerinə indiyə qədər Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olmuş Aleksandr Litvinenkonu təyin edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ukrayna prezidenti kadr dəyişiklikləri ilə bağlı hələlik şərh verməyib.
2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya hücumu və müharibəyə başlamasından sonra Danilov Gürcüstan hökumətinin tənqid etdiyi “ikinci cəbhələr”lə bağlı açıqlama vermişdi.
“Əgər bu gün Dnestryanı və Gürcüstan öz ərazilərini qaytarmaqla məşğul olsa idilər, üstəlik, Polşa da Kalininqrad vilayəti barədə rəsmi iddia irəli sürsə idi, bu, bizə mütləq kömək edərdi, çünki onların [rusların] bizim şəhər və kəndlərimizi dağıtmaqdan, uşaqlarımızı və qadınlarımızı öldürməkdən başqa görəcəkləri işləri olardı”, - Danilov 26 mart 2022-ci ildə deyib.
Oleksi Danilov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsini 2019-cu ildən tutub.
1994-1997-ci illərdə Danilov Luqanskın meri olub, 2005-ci ildə isə Luqansk rayonunun administrasiyasına rəhbərlik edib. 2006-cı ildə Yuliya Timoşenkonun blokundan Ukrayna parlamentinin deputatı olub.