Prezident Salome Zurabişvili “Prayd Festivalı”nın başlamasına bir neçə saat qalmış bəyanat yayıb və müvafiq qurumları tədbir iştirakçılarının ifadə azadlığının qorunmasını təmin etməyə çağırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan prezidenti hesab edir ki, söz və ifadə azadlığı fundamental insan hüququdur və bu prinsipə zidd olan hər şey qəbuledilməzdir! Zorakılıq və zorakı həvəsləndirilməsi yolverilməzdir. Gürcüstan Prezidenti aidiyyəti qurumları “Prayd Festivalı”nın təhlükəsiz keçirilməsini və iştirakçıların Konstitusiya ilə qorunan söz və ifadə azadlığını təmin etməyə çağırır”, - deyə yayılan bəyanatda bildirilir.
Prezidentin tapşırığı ilə onun insan hüquqları məsələləri üzrə müşaviri də “Prayd Festivalı”nda iştirak edəcək.
Bu gün, iyulun 8-də “Tbilisi Prayd” həftəsi çərçivəsində Tbilisidə, qapalı ərazidə LGBTQ+ icmasının üçüncü ildir keçirdiyi festival keçiriləcək. Homofob və zorakı qruplar yalan məlumatlar yayırlar ki, guya Tbilisi küçələrində eyni adlı “gey-parad”ın keçirilməsi planlaşdrılıb və bu yolla vətəndaşları, o cümlədən rayonlardan gələnləri səfərbər etməyə çalışırlar. Rusiyayönümlü, zorakı və homofob partiya - “Mühafizəkarlar Hərəkatı/Alt-İnfo”nun lideri Konstantine Morqoşia hədələr səsləndirir ki, “8 iyul, 5 iyulda qoyulan tabuta vurulacaq sonuncu mismar olacaq”.
Daxili İşlər Nazirliyi adıçəkilən qrupları “qanuna tabe olmağa, polisin qanuni tələblərindən yayınmamağa, qanunla icazə verilən toplaşma və nümayiş keçirmək hüququndan kənara çıxmamağa” çağırıb. Nazirlikdən verilən məlumata görə, əks halda polis öz mandatına uyğun şəkildə hərəkət edəcək.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qapalı tədbirin dinc şəraitdə keçirilməsi məqsədilə polis bölmələri bütün lazımi yerlərdə səfərbər edilərək səlahiyyətləri daxilində asayişi və təhlükəsizliyi qoruyacaqlar.