21 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisinin Lilo qəsəbəsində 21 yaşlı Keti Cavaxişvilinin qətli ilə bağlı onun tanışı olan kişi saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılan son dərəcə amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən 2003-cü il təvəllüdlü O. T. soyuq silahla Keti Cavaxişviliyə ölümcül xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Qətlə yetirilən qadının meyiti fevralın 28-i səhər saatlarında atası tərəfindən evin yaxınlığındakı çuxurdan tapılıb. Yerli sakinlərin sözlərinə görə, onun əlləri məftillə bağlı olub və bədənində çoxsaylı xəsarətlər olub.

Polis ətl törətməkdə ittiham olunan şəxsi Zuqdidi bələdiyyəsində həbs edib.

Bu, 2024-cü ilin əvvəlindən bu yana Gürcüstanda qadının qıtli ilə bağlı üçüncü səs-küylü faktdır. “Gürcüstan Xəbərləri” 2014-2023-cü illərdə Gürcüstanda 200-dən çox qadının qətlə yetirildiyini yazıb. Prokurorluğun məlumatına görə, 2014-2022-ci illərdə 195 qadın qətlə yetirilib. 2023-cü ilin yanvar-iyun aylarında 13 qadın qətli faktı qeydə alınıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur