ABŞ dövlət katibinin köməkçisi “Oçneba”nın qanunvericilik təşəbbüslərini şərh edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Gürcüstanın hakim partiyasının təşəbbüsü ilə irəli sürülmüş qanun layihələrini şərh edib.

“Gürcüstan parlamentinə təqdim olunan və Gürcüstanı Avropadan uzaqlaşma təhlükəsi ilə üz-üzə qoyan qanunvericilik təşəbbüsləri məndə təşviş doğurur. ABŞ ifadə azadlığı və dinc toplaşmaq azadlığı da daxil olmaqla, insan hüquqlarının müdafiəsi üçün həmişə səsini ucaldacaq”, - O'Brayen X sosial şəbəkəsində yazıb.

“Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Hakim partiya Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirə bilmə ehtimalı olsa da, rus qanununu yaz sessiyasının sonuna kimi qəbul etmək niyyətindədir.

Martın sonunda “Gürcü Arzusu”nun liderləri konstitusiyaya də düzəlişlər təqdim ediblər ki, onların fikrincə, bunun məqsədi “gələcək nəsilləri psevdoliberal təbliğatdan” qorumaqdır. Əslində, düzəlişlər “eyni cinslilərin münasibətinin təbliği” sayıla biləcək hər hansı fikirin ictimai ifadəsini və ya ictimai toplantıları qadağan edir. Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili Dunya Miatoviç hakim partiyanın bu təşəbbüsünü seçkilər öncəsi LGBTI fobiyası vasitəsilə manipulyasiya və diskriminasiya kimi qiymətləndirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur