ABŞ Dövlət Departamentinin qlobal antikorrupsiya məsələləri üzrə koordinatoru Riçard Nefyu yanvarın 15-18-də Gürcüstan və Ermənistana səfər edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Riçard Nefyu hər iki ölkədə korrupsiyaya qarşı mübarizədə səyləri və çətinlikləri, həmçinin gələcək əməkdaşlıq sahələrini müəyyənləşdirirməsi məsələsini müzakirə edəcək.
“Koordinator Nefiu Ermənistanda hökumət rəsmiləri, o cümlədən ədliyyə sektoru və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşəcək və vətəndaş cəmiyyətinin dəyirmi masasında iştirak edəcək. Gürcüstanda o, hökumət, antikorrupsiya institutları, istintaq orqanları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək”, - koordinatorun mətbuat katibi ofisinin bəyanatında deyilir.
“Beynəlxalq Şəffaflıq - Gürcüstan” antikorrupsiya təşkilatının qiymətləndirməsinə görə, Gürcüstanda yüksək səviyyəli korrupsiya problem olaraq qalır və indiyədək elit korrupsiya ilə effektiv mübarizə aparacaq sistem yaratmaq mümkün olmayıb.
2023-cü ildə, 20 ildə ilk dəfə olaraq, Gürcüstan hökuməti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD/ACN) Korrupsiyaya Qarşı Mübarizə Şəbəkəsinin monitorinqində iştirakdan imtina edib. Monitorinqin məqsədi ölkədə korrupsiyaya qarşı mübarizə mühitinin fundamental qiymətləndirilməsi, problemlərin müəyyən edilməsi və müvafiq tövsiyələrin verilməsidir.
Gürcüstanın keçmiş baş naziri, “Gürcüstan Naminə” partiyasının yaradıcısı Qiorqi Qaxaria da bu günlərdə elit korrupsiya problemi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, artan iqtisadiyyat 20-25 ailənin cibinə gedir.