“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qızı və ailə üzvlərinin Gürcüstana daxil olması ilə bağlı Gürcüstanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmadığını və bura şəxsi sanksiyalar da daxil olduğunu bəyan edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidzenin sözlərinə görə, dövlət qurumları üçün əsas rəhbər prinsip işğal haqqında qanundur və əgər bu qanun pozulmayıbsa, gömrük xidmətinin konkret şəxslərin Gürcüstana buraxılmaması üçün heç bir əsası olmayıb.
“Şəxslərə sanksiyaların tətbiq olunmasına gəlincə, mən iki məsələyə aydınlıq gətirmək istərdim: birincisi - biz sanksiyalara qoşulmadıqda, burada, o cümlədən şəxsi sanksiyaların tətbiq edilməsidə nəzərdə tutulur, yəni biz Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmirik. Burada, həmçinin şəxsi sanksiyaların tətbiq edilməməsi də nəzərdə tutulur. Bu, bizim tərəfimizdən çox aydın mövqedir. İkincisi - nəzəri olaraq, nəyəsə görə şəxsi sanksiyaları nəzərdə tutsaq belə, bu, hüquqi dövlət olan Gürcüstandan söhbət gedəndə, yalnız müəyyən cinayət əməlini bilavasitə törətmiş şəxslərə şamil edilə bilər. Sanksiya, ümumiyyətlə ailə üzvünə şamil edilə bilməz. Bu yanaşma insan hüquqları standartlarını kobud şəkildə pozur.
Mən insan haqları üzrə mütəxəssisəm - Almaniyada vaxtilə bu sahəni öyrənmişəm və sizə birbaşa, cəsarətlə deyə bilərəm ki, ailə üzvünə sanksiya tətbiq etmək insan hüquqlarının standartlarına kobud şəkildə ziddir. Bu, yumşaq qiymətləndirmədir”, - Kobaxidze jurnalistlərə bildirib.
Hakim partiya sədrindən işğalçı ölkənin xarici işlər nazirinin qızının Gürcüstana daxil olmasının mənəvi cəhətdən nə dərəcədə məqbul olduğunu soruşduqda, Kobaxedze buna birbaşa cavab verməyib və müxalifət nümayəndələrinin, o cümlədən “Droa” partiyasının lideri Elene Xoştariyanın “mənəvi siması” haqqında danışıb.
“Mən sizə birbaşa deyə bilərəm ki, dünən gördüyümüz sözdə etirazın bir məqsədi var, o da eskalasiya, ölkədə xaos yaratmaq, təxribatlar təşkil etmək və yekun olaraq ikinci cəbhədir. Mən ictimaiyyəti bu hadisələri düzgün müşahidə etməyə və düzgün qiymət verməyə çağırmaq istərdim”, - deyə İrakli Kobaxidze bildirib.
Mayın 19-da Aleksandr Vinokurovun qardaşı Moşe Vinokurov Tbilisidə toy edib, bu gün, mayın 20-də isə, Kvarelidə “Kvareli Gölü” mehmanxana kompleksində məclis planlaşdırılmışdı, lakin ictimai etiraza görə ləğv olundu. Etirazı mətbuatda Sergey Lavrovun qızı Yekaterina Vinokurova və həyat yoldaşının da toy mərasiminə gəlməsi barədə yaılan xəbərlər doğurub. Gürcüstanın nə Daxili İşlər Nazirliyi, nə də Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirməyib.
Mayın 20-də, səhər saatlarından etibarən “Kvareli Gölü” mehmanxanasının girişinə DİN-in Xüsusi Təyinatlılar Departamentinin və digər polis bölmələrinin yüzlərlə əməkdaşı səfərbər edilib. Lavrovun ailə üzvlərinin Gürcüstana səfərinə etiraz edən azı 16 nəfər saxlanılıb.
Günün sonunda prezident Salome Zurabişvili daxili işlər naziri Vaxtanq Qomelauridən Lavrovun ailəsinin getdiyi və toyun keçirilməyəcəyi barədə məlumat aldığını açıqlayıb. Zurabişvili hökuməti “Gürcüstanın tərəfdaş ölkələri tərəfindən tərtib edilmiş sanksiyaya məruz qalan şəxslərin siyahılarını təcili əldə etməyə və sərhəddə həmin siyahıları rəhbər tutmağa” çağırıb.
Parlamentin vitse-spikeri Qiorqi Volski Rusiya xarici işlər nazirinin oğlunun sərhədə daxil olmasını təsdiqləyib. Onun sözlərinə görə, qadın indi başqa soyadladır və Yekaterina Vinokurova Lavrovun qızı olmasını sonradan anlayıblar.
Lavrovun kürəkəni Aleksandr Vinokurov Rusiyada Vladimir Putinə yaxınlığı ilə bilinən nüfuzlu biznesmendir. Ukraynada müharibə başlayandan sonra, ona, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveçrə tərəfindən sanksiya tətbiq edilib. 2022-ci ilin aprelindən Yekaterina Vinekurova, həmçinin anası Mariya Lavrova ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Yekaterina Vinokurova ABŞ-dan başqa, Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya və Ukraynanın tərtib etdiyi sanksiya siyahılarındadır.