Aleko Elisaşvilinin “Vətəndaşlar” partiyası da seçkilər öncəsi yaradılan və “Lelo”, Ana Dolidzenin “Xalq Naminə” partiyası və “Azadlıq Meydanı” hərəkatından ibarət birliyə qoşulub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Artıq bəzi şeyləri incikliklərdən üstün tutmaq, barışmaq, birləşmək və qalib gəlmək vaxtıdır!” – Aleko Elisaşvili “Lelo”nun sədri Mamuka Khazaradze ilə “Facebook”da bu başlıqlı foto paylaşıb.
Keçmişdə Aleko Elisaşvili və Mamuka Khazaradze bir-birini dəfələrlə tənqid ediblər. Elisaşvili “Lelo”nun yaradıcılarını “bankirlər” və “xalqı soyanlar” adlandırıb.
“Mamuka və Alekonun etdikləri başqaları üçün yaxşı nümunədir ki, indi şəxsi inciklikləri və keçmiş mübahisələri müzakirə etmək vaxtı deyil. İndi biz ölkəmizi, dövlətimizi xilas etməliyik, cəmiyyətimizi birlik nümunələri ilə birləşdirməliyik.
Mamuka və Alekonun əl sıxması ona gözəl nümunədir ki, keçmişdəki qızğın mübahisələrə baxmayaraq, bu gün biz birlikdə ölkəni “Gürcü Arzusu”nun gətirdiyi ağır böhrandan necə çıxaracağımızı düşünürük”, - “Lelo”nun siyasi şurasının katibi Badri Caparidze Elisaşvili ilə birliyi qiymətləndirib.
İyulun 17-də “Lelo”, Anna Dolidzenin partiyası və “Azadlıq Meydanı” hərəkatının oktyabrın 26-da keçiriləcək parlament seçkilərində vahid siyahı ilə iştirak edəcəyi məlum olub.
Parlament seçkiləri üçün ayrıca siyasi platforma - “Birlik” “Vahid Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” tərəfindən yaradılıb. Onlara politoloq Qia Caparidze, tarixçi Laşa Bakradze və müstəqil parlament üzvləri - Armaz Axvlediani və Tamar Kordzaia da qoşulub. “Axali”, “Droa” və “Qirçi – Daha Çox Azadlıq Naminə” partiyaları da seçkilər öncəsi birləşiblər.