Rusiyayönlü, zorakı “Alt İnfo” hərəkatı Milli Dövlət Reyestri Agentliyinin aprelin 8-də “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyasının ləğv edilməsi barədə qərarından şikayət verəcək. Bu məsələni Xalq Müdafiəçisi aparatı da araşdıracaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bizim sadə bir sualımız var: əgər bəzi səhvlərimiz olubsa, niyə dövlət bizi qeydiyyatdan keçirib və niyə üç ilə yaxındır ki, partiya kimi fəaliyyət göstərmişik? Əgər gəlib partiya olaraq bizi cərimələyirdilərsə, biz partiya deyildiksə niyə belə edirdilər? Bəs necə oldu ki, biz MSK-da seçki qeydiyyatından keçdik, nömrə verməli idilər, MSK sədri imza atmalı idi və partiyamızı ləğv etdilər?”, - “Alt İnfo”nun liderlərindən biri Zurab Maxaradze bildirib.
“Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun sədri Qiorqi Kardava deyir ki, partiyanın ləğvi qanunsuzdur və bu qərarın arxasında duran səbəb “uydurmadır”.
“Bu, heç Saakaşvilinin vaxtında belə baş verməyən, təsvir olunmayan qanunsuzluq, ədalətsizlikdir. Hətta Saakaşvili belə bu üsullarla siyasi opponentlərə qarşı mübarizə aparmağa cürət etməmişdi. Bidzina İvanişvili adekvatlıq hissini itirib və hesab edir ki, bu ölkə onun mülkiyyətidir, konstitusiya və qanunları şəxsi, özəl siyasi maraqlarına uyğunlaşdıracaq", - Kardava bildirib.
“Alt İnfo”nun rəhbərləri öz tərəfdarlarını aksiyaya çağırırlar.
“Hansı partiya, hansı ideologiya olmasından asılı olmayaraq, Gürcüstan qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçilib. Onun ləğvi üçün konkret əsaslar olmalıdır ki, bu da qanunda yazılıb. Buna görə də, Xalq Müdafiəçisi Aparatı bu məsələni araşdıracaq və biz dövlət reyestrinin verdiyi qərarın nə dərəcədə düzgün olduğuna dair rəyimizi ictimaiyyətə çatdıracağıq”, - deyə Xalq Müdafiəçisi Levan İoseliani bildirib.
Bu il aprelin 3-də Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun qeydiyyatının qanuniliyinin yoxlanılmasını tələb edib. Milli Dövlət Reyestri Agentliyi 6 dekabr 2021-ci il tarixində partiya rəhbərliyinin qeydiyyat üçün təqdim etdiyi təsis sənədlərinin qanunla müəyyən edilmiş tələblərə cavab vermədiyini müəyyən edib. Xüsusən də nizamnamə qurultay tərəfindən təsdiqlənməyib. Dövlət reyestrinin qərarı aprelin 8-dən qüvvəyə minib. “Alt İnfo”nun şikayət etmək üçün 30 günü var.
“Mühafizəkarlar Hərəkatı/Alt İnfo” oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində iştirak etməyi planlaşdırırdı. Bu məqsədlə martın sonunda 50 mindən çox tərəfdarının imzasını Mərkəzi Seçki Komissiyasına təqdim edib. MSK 25 119 imzanı qanuni hesab edib ki, bu da partiyanın seçki subyekti kimi qeydə alınması üçün kifayətdir.
“Alt İnfo” partiyası yarandıqdan bir müddət sonra qeyri-pul ianəsini gizlətdiyinə görə 217 482 lari cərimələnib.