Avropa İttifaqının xarici xidmətinin mətbuat spikeri Piter Stano bildirir ki, Gürcüstan Ali Ədliyyə Şurasının üzvlərinə, Ali Məhkəmənin hakimlərinə və məhkəmə sədrlərinə şamil olunacaq dürüstlük yoxlanışı sistemi yaratmalıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanda məhkəmə islahatları ətrafında baş verən hadisələrlə əlaqədar yayılan bəyanatda, ədalət mühakiməsində, o cümlədən Ali Ədliyyə Şurasında hərtərəfli islahatının Aİ-nin 2023-cü il genişlənmə hesabatının rəylərinə uyğun olduğu və Gürcüstanın Avropa İttifaqına daxil olması yolunda Avropa Komissiyasının fundamental tövsiyələrindən biri olduğu deyilir. Piter Stanonun sözlərinə görə, bu, bütün Aİ-yə üzv dövlətlərin Gürcüstana namizəd ölkə statusunun verilməsi ilə bağlı tövsiyə verərkən dəstəklədiyi doqquz addımın bir hissəsidir.
“Məhkəmə sistemindəki sistemli problemlərin həlli üçün Gürcüstan məhkəmə sistemində bütün aparıcı vəzifələrə təyin olunanlar üçün bu prosesdə həlledici rola malik beynəlxalq mütəxəssislərin cəlb olunması vasitəsilə, Ali Ədalət Şurası, Ali Məhkəmə və məhkəmə sədrlərinin vəzifələri üçün fövqəladə dürüstlük yoxlama sistemi yaratmalıdır.
Bu halda, Aİ gürcü rəsmilərinin məhkəmə sistemində potensial dürüstlüyün yoxlanılması sistemi ilə bağlı fikirlərini bildirən konkret hakimləri hədəf alan son şərhlərindən narahatdır. Məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi vacibdir”, - deyə Piter Stano bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı rəsmilərlə sıx dialoqu davam etdirir və Gürcüstan xalqının xeyrinə olacaq bu mühüm islahatların gedişatını dəstəkləməyə hazırdır.
Gürcüstanın hakim partiyasının liderləri dürüstlük yoxlanışı sistemi olan “vetinq”in tətbiqini müxalifətin və qeyri-hökumət təşkilatlarının təşəbbüsü kimi təqdim etməyə çalışıblar. “Vetinq” konstitusiyaya zidd olduğunu hesab edən baş nazir İrakli Kobaxidze üçün bu qəti şəkildə qəbuledilməzdir. Kobaxidzenin sözlərinə görə, 2004-cü ildə Gürcüstanda buna bənzər bir şey həyata keçirilib və bu icraçı hakimiyyət tərəfindən məhkəmənin tam tabe altına alınması ilə nəticələnib. Parlamentin sədri Şalva Papuaşvili “vetinq” tərəfdarlarını ölkənin suverenliyinə hörmət etməyə çağırıb.
“Vetinq”in əleyhinə Ali Məhkəmə adından da bəyanat yayılıb. Orada bildirilir ki, hakimlərin dürüstlüyünün yoxlanılması üçün fövqəladə prosedur birmənalı olaraq, mahiyyətcə və prinsipcə məhkəmənin və ya ayrı-ayrılıqda hakimin müstəqilliyinə xələl gətirir. Sonradan məlum olub ki, bu məsələ ilə bağlı məhkəmə sistemində vahid münasibət yoxdur. Ali Məhkəmənin iki hakimi - Ekaterine Qasitaşvili və Nino Bakakuri bəyanatı dəstəkləməyib. Birinci və ikinci instansiyanın digər hakimləri də əks fikir bildiriblər. Onlar Gürcüstanın Avropa gələcəyinə maneə olmaq istəmədiklərini və buna görə də dürüstlük yoxlanışından keçməyə hazır olduqlarını bildirirlər.
Baş nazir Kobaxidze işlərin yubanmasını əsas gətirərək hakimlərə fərqli fikirlərinə görə hücum edib. Özünün dediyi kimi, Ali Məhkəmənin iki hakimindən ən azı birinin “vicdan problemi var, işlərə vaxtında baxmır, tənbəllik edir”.