Avropa Parlamenti Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabatında Gürcüstanla bağlı iki dəyişiklik edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Deputat Anna Fotiqanın müəllifi olduğu dəyişikliklər keçmiş prezident Mixeil Saakaşvilinin həbsi və Oçamçiredə Rusiya bazasının tikintisi məsələlərinə aiddir.
“Mixeil Saakaşvili Putinin şəxsi düşməni və onun məhbusudur. Biz onun həbsxanada ölməsinə imkan verməməliyik. Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal olunub və Gürcüstana qaytarılmalıdır”, - Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) qrupunun üzvü Anna Fotiqa “X” sosial şəbəkəsində yazıb.
Hesabatın 66-cı bəndinə daxil edilən dəyişiklikdə Gürcüstan prezidenti Salome Zurabişviliyə Mixeil Saakaşvilini əfv etməyə çağırış da yer alıb: “Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin humanitar əsaslarla azadlığa buraxılması çağırışını təkrarlayır və Prezident Salome Zurabişvili öz konstitusion hüququndan istifadə edərək onu əfv etməlidir ki, bu da ölkədə siyasi qütbləşməni azaltmağa kömək edəcək”.
64-cü bənddə Avropa Parlamenti Rusiyanın Gürcüstan ərazisini işğal etməsini pisləyir: “Avropa Parlamenti Rusiyanın Oçamçiredə, işğal olunmuş Abxaziyada daimi hərbi dəniz bazası qurmaq planlarını qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı bu kobud pozuntunun cəzalandırılması üçün bütün səyləri dəstəkləməyə çağırır”.
“Gürcü Arzusu”nun liderləri Aİ-nin Mixeil Saakaşvili ilə bağlı hesabatına dəyişikliklərin edilməsini təxribat kimi qiymətləndirirlər. Gürcüstan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladzenin sözlərinə görə, belə mətnlər “riskli ola bilər”.
“Mən, “cinayət törətmiş şəxsin azadlığa buraxılmasını tələb etmək Avropa dəyərləridirmi, hamımızın nələr törətdiyini bildiyimiz bir insana dəstək göstərmək Avropa dəyəridirmi?” sualını verənlərin sayının artmasını istəmirəm. Bu, Gürcüstana ciddi təhlükə yarada bilər”, - Mixeil Sarjveladze deyir.
Parlamentin sədri Şalva Papuaşvili Avropa Parlamentinin çağırışına geniş bəyanatla cavab verib. Onun sözlərinə görə, Avropa İttifaqının avropalı parlament üzvlərinin böhtan xarakterli bəyanatlarından rəsmən ayrılmasının vaxtı çatıb.
Bir il əvvəl Avropa Parlamenti Gürcüstan hakimiyyətini, o cümlədən prezident Salome Zurabişvilini Saakaşvilini azad etməyə çağıran qətnamə qəbul edib. Zurabişvili əfv məsələsini şərh etməkdən çəkinir və bildirir ki, bu, “xarici və ya daxili təzyiqin hər hansı şəkildə təsir edə biləcəyi” qərar deyil.
Mixeil Saakaşvili səhhətinin pisləşməsi ilə əlaqədar 2022-ci il mayın 12-dən Xüsusi Cəzaçəkmə Xidmətinin podratçı klinikası olan “Vivamed”ə yerləşdirilib. Gürcüstanın üçüncü prezidenti 2021-ci il oktyabrın 1-də həbs edilib. O, deputat Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinənləri əfv etdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkd və Xüsusi Dövlət Mühafizə Xidmətinə - məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə, “Gödəkçələr” işində. Üçüncü prezident özünü təqsirli bilmir və siyasi təqiblərə məruz qaldığını deyir.