Saakaşvili həbsxanadaki siyasi rəqib deyil, o, Navalni deyil - Zurabişvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, Mixeil Saakaşvili Aleksey Navalni deyil və ədalətli seçkilərin keçirilməsi keçmiş prezidentin harada olmasından asılı deyil.

Londonda, “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun təşkil etdiyi müzakirədə Zurabişvili Avropa İttifaqının Gürcüstan üçün müəyyən etdiyi 9 tövsiyədən biri olan oktyabr ayında azad, ədalətli və rəqabətli seçkilərin keçirilməsinə münasibət bildirib. Zurabişvilidən “müxalifət lideri cənab Saakaşvili həbsdə qaldıqca bu şərtin yerinə yetirilməyəcəyindən” narahat olub-olmaması ilə bağlı sual verilib.

“Azad və ədalətli seçkilər Saakaşvilinin harada olmasından asılı deyil. O, həbsxanadaki siyasi rəqib deyil, suala birbaşa cavab versəm, o Navalni deyil”, - Zurabişvili bildirib.

Onun sözlərinə görə, Mixeil Saakaşvili real səbəblərdən həbsdədir, lakin bu o demək deyil ki, humanitar perspektiv nəzərə alınmamalıdır.

“Nufuz baxımından onun başqa yerdə olması daha yaxşı olardı. Bu hökumətdən asılıdır. Başqa ölkələrin bu kimi məsələləri həll etdiyi müxtəlif yolları var - ev dustaqlığı var, ekstradisiya var. Ukrayna bəyan edib ki, ekstradisiya tələb etməyə hazırdır, lakin, bunun rəsmi olub-olmadığına əmin deyiləm. Yəni bu imkanlar var. Mənə gəlincə, mənim yalnız bir imkanım var və bu barədə ölkə xaricində heç vaxt şərh etmirəm və ölkə daxilində də çətinliklə şərh edirəm, çünki başqa bir çox insanlar əfv olunmaq fürsətini gözləyirlər və izahat və ya əsaslandırmaya başlasam, bu digər insanlara qarşı ədalətsizlik olacaq. Ona görə də şərh etmirəm. Bu, mənim özüm verəcəyim və yalnız özümün cavabdeh olacağım mənəvi bir qərardır. Və təbii ki, bu, hər hansı bir şəkildə xarici və ya daxili təzyiqin təsirinə məruz qala biləcək bir şey deyil”, - Salome Zurabişvili bildirib.

Rusiyalı müxalifətçi və prezident Vladimir Putinin əsas rəqibi Aleksey Navalni fevralın 16-da 47 yaşında həbsxanada vəfat edib. O, Arktika Dairəsindən 60 kilometr şimalda, Xarp qəsəbəsində yerləşən “Qütb Canavarı” koloniyasında 19 il cəza çəkirdi. Navalninin komandası siyasətçinin Putin tərəfindən öldürüldüyünü iddia edir.

“Putin Aleksey Navalnini həbsxanada öldürüb. Keçən il Navalni həbsxanadan mənə dəstək məktubu göndərmişdi. Putin məni tez-tez Navalni ilə müqayisə edir və təbii ki, hər ikimizdən nifrət edirdi. Keçən il Putinin göstərişi ilə rusiyapərəst oliqarx rejim məni həbsxanada zəhərlədi, sonra tanrı məni xilas etdi. Təbii ki, İvanişvili Putinin tapşırığını yerinə yetirməkdən əl çəkməyib və mən də Navalni kimi Gürcüstanda Putinizmi məğlub etmək üçün sona qədər mübarizə aparacağam”, - Mixeil Saakaşvili Aleksey Navalninin ölümünü belə şərh edib.

Mixeil Saakaşvili səhhətinin pisləşməsi ilə əlaqədar 2022-ci il mayın 12-dən Xüsusi Cəzaçəkmə Xidmətinin podratçı klinikası olan “Vivamed”ə yerləşdirilib. Gürcüstanın üçüncü prezidenti 2021-ci il oktyabrın 1-də həbs edilib. O, deputat Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinənləri əfv etdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkd və Xüsusi Dövlət Mühafizə Xidmətinə - məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə, “Gödəkçələr” işində. Üçüncü prezident özünü təqsirli bilmir və siyasi təqiblərə məruz qaldığını deyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur