Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağa humanitar yardımın çatdırılmasına mane olur. Ermənistan dünən 19 yük maşınında 361 ton humanitar yük göndərib, lakin, karvan yalnız Laçın dəhlizinin girişinədək gedə bilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi Rusiya sülhməramlılarından yükün “Laçın dəhlizinin səkkiz aylıq qanunsuz blokadası nəticəsində humanitar böhranın başladığı” Dağlıq Qarabağa çatdırmağı xahiş edib.
“Lakin Azərbaycan Laçın dəhlizinə və Dağlıq Qarabağa humanitar yüklərin çatdırılmasına mane olur. Bu təcrübə anlaşılmaz və qəbuledilməzdir.
Laçın dəhlizinin qanunsuz bağlanmasına səbəb kimi Ermənistanın guya bu dəhlizdən hərbi məqsədlər üçün istifadə etməsi göstərilirdi. Bu, təbii ki, absurd bəyanatdır, lakin Laçın dəhlizini qanunsuz olaraq bağlanılması üçün bəhanə kimi istifadə olunur. Dünən Dağlıq Qarabağa göndərilən 19 yük maşınının tərkibi belədir: un - 100 ton, makaron - 80 ton, şəkər - 60 ton, bitki yağı - 40 ton, süd tozu - 40 ton, duz - 20 ton, uşaq qidası - 12 ton, dərmanlar - 9 ton. Cəmi, 361 ton.
Göndərmədən əvvəl Ermənistana akkreditə olunmuş xarici diplomatlar dəvət edilib və Şaumyan meydanında saxlanılan yük maşınlarının yuxarıda qeyd olunan tərkibi ilə tanış olublar. Azərbaycan niyə bu yükü Dağlıq Qarabağa buraxmır? Ona görə yox ki, Azərbaycanın əsl məqsədi Dağlıq Qarabağ sakinlərini aclıqdan öldürmək, onların soyqırımıdır?”, - Paşinyan hökumətin iclasında bildirib.
Azərbaycan tərəfi Ermənistanı təxribatda ittiham edir. Xarici İşlər Nazirliyinin bəyanatına görə, humanitar yardım adı altında və Bakı ilə razılaşmadan Azərbaycanın suveren ərazilərinə karvanların göndərilməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir.
Ermənistan və Dağlıq Qarabağı birləşdirən yeganə yolun keçdiyi Laçın dəhlizi 2022-ci il dekabrın 12-dən bağlanıb. Hələ fevral ayında Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi Azərbaycan hakimiyyətinə Laçın dəhlizinin blokadasını dayandırmasını, insanların, nəqliyyatın və yüklərin rahat hərəkətini təmin etməyi tapşırmışdı. Aprelin sonunda Azərbaycan hakimiyyəti orada nəzarət-buraxılış məntəqəsi yerləşdirib. Onların izahına görə, məntəqə Azərbaycan ərazisində “qanunsuz erməni silahlı birləşmələri üçün canlı qüvvə, silah və minaların qanunsuz daşınmasının” qarşısını almalıdır.