Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bəyan edib ki, ABŞ-ın Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladzeyə niyə sanksiyalar tətbiq etməsi onun üçün anlaşılmaz və izaholunmazdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən sizə öz fikrimi deyim, Otar Partsxaladze 10 ildən artıqdır ki, dövlət qulluqçusu deyil. Bu adamın dövlət qulluğundan getməsindən 10 il ötür, 10 il. Anlaşılmazdır, ilk növbədə, mən demək və təəccübümü bildirmək istəyirəm ki, ümumiyyətlə, Partsxaladzenin niyəsanksiyaya məruz qaldığı, aydın deyil, şəxsən mənim üçün izaholunmazdır. Mən bu barədə açıq danışıram, öz fikrimi bildirirəm - “stəkanda fırtına qopur deyərlər”, - Ğaribaşvili jurnalistlərə bildirib.
Otar Partsaxladzenin Rusiyanın agenti olduğuna inanırmı sualına baş nazir belə cavab verib: “Ölkənin maraqlarına zərər vuran və başqa ölkələrin maraqları naminə fəaliyyət göstərən insanların hamısı mənim gözümdə satqındır, hansı ölkənin agenti olmasının fərqi yoxdur.
Mənə və xidmətlərə dövlətə heç bir fakt məlum deyil ki, Partsxaladze bizim ölkənin mənafeyinə xələl gətirən və başqa dövlətlərin mənafeyinə xidmət edən hər hansı bir hərəkət edib. Partsxaladze biznesmendir”.
Baş nazir Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natela Turnavanın Otar Partsxaladzenin xeyrinə fövqəladə sərəncam verməsini şərh edib və bu sərəncamla Milli Bank artıq kommersiya banklarını Partsxaladzeyə qarşı sanksiyalar tətbiq etməyə məcbur etmir.
“Söhbət Partsxaladzedən yox, vətəndaşdan gedirdi. Əsl casusların, ölkə satqınlarının və xəyanətkarların şərhlərini eşitmək mənim üçün gülməlidir”, – Ğaribaşvili bildirib.
“Bəs, hakimlərə ki, sanksiya tətbiq etdilərvə bunun korrupsiya faktlarına görə baş verdiyini dedilər, kimsə sübut gördümü?! İndi mən Partsxaladzenin vəkili deyiləm, vəkil olmağıma ehtiyac yoxdur, amma bir vətəndaş kimi komandanın keçmiş üzvü və 10 il əvvəl prokuror olub, mövqeyimi bildirirəm, gərək belə kor-koranə qərar verilməyək. Təbii ki, bu bizim çox hörmət etdiyimiz tərəfdaşımızdır, amma onlarla müzakirə və ünsiyyətimiz var. Narahatlığımı bildirmək istədiyim əsas məsələ budur
Məni təəccübləndirən odur ki, onlar Partsxaladzenin Rusiyadakı fəaliyyətini yoxlamaq üçün heç vaxt ABŞ xidmətlərinin heç bir müraciəti olmayıb.
Biz bilirdik ki, onun biznes fəaliyyəti var, lakin onu da bilirik ki, Partsxaladze oliqarx deyil və cəmiyyətə heç bir təsiri yoxdur, məncə, gizlədəcək bir şey deyil, hamı bilir. Partsxaladze necə oliqarxdır? İndi bu qiymətləndirmə ilə razısınızmı? Partsxaladze necə oliqarxdır? Adam hökumətdən getdi, 10 ildən çoxdur bizneslə məşğuldur. Onun seçimidir, niyə pasport alıb, bu, hər bir insanın fərdi seçimidir, lakin liderləri hələ də Rusiya vətəndaşı olan siyasi qüvvələrin, məsələn, partiya liderlərindən olan, Saakaşvilinin sağ əli, Rusiya vətəndaşı cənab Koba Nakopia, sizin prezidentliyə namizədiniz və keçmiş xarici işlər naziriniz olan, Rusiya vətəndaşlığından müharibədən sonra da imtina etməyən cənab Qriqol Vaşadze. Nə danışmalısan, kimdən danışmalısan. Siz ümumiyyətlə danışmağa necə cəsarət edirsiniz. Xanım İa Quliaşviliyə [Mtavari Arxinin jurnalisti] sanksiya tətbiq olunsaydı, həmçinin sizi də qoruyardıq. Yəni, sabah sənə sanksiya tətbiq etsələr, səni də qoruyacağıq. Sübut mütləqdir”, – Ğaribaşvili bildirib.
Sentyabrın 14-də məlum olub ki, Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Dövlət Departamentinin sənədində Partsxaladzenin adı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin [FSB] Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etmək üçün işlədiyi gürcü-rus oliqarxı kimi göstərilir. Dövlət Departamenti Rusiyada fəaliyyət göstərən 50-50 %-i Partsxaladzeyə məxsus olan iki şirkətə də sanksiya tətbiq edib. Bu MMC-lər “Moscow Business Brokerage” və “International Business Corporation”.
“Gürcüstan Xəbərləri” 2023-cü il fevralın 14-də yazıb ki, Gürcüstanın keçmiş baş prokuroru müştərilərinə “Moscow Business Brokerage” (eyni adlı Moskva Biznes Brokerajı) şirkəti vasitəsilə Gürcüstan da daxil olmaqla, immiqrasiya güzəştləri ilə investisiya biznes layihələri təklif edir. İmmiqrasiya güzəştlərinə investisiya yolu ilə daimi yaşayış, iş vizaları və vətəndaşlıq əldə etmək daxildir.
Sentyabrın 20-də Otar Partsxaladze Gürcüstanda mülkiyyətində olan əmlakı - mənzilləri, mehmanxana otaqlarını, ticarət sahələrini oğluna hədiyyə edib (adına keçirib).
Milli Dövlət Reyestri Agentliyi Partsxaladzenin 12 müxtəlif ərizəsi üzrə icraata bir saat ərzində başlayıb və yekunlaşdırıb.
Həmin gün Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Otar Partsxaladzinin Gürcüstan vətəndaşlığına xitam verilməsini məqsədəuyğun hesab edib. Müvafiq rəy Gürcüstan prezidentinə göndərilib, lakin Salome Zurabişvili Partsxaladzenin Gürcüstan vətəndaşlığına dərhal xitam verəcəyini açıq elan etsə də, vədinə əməl etməyib. Prezident administrasiyası indi izah edir ki, prezidentin qərar qəbul etmək üçün üç ay vaxtı var. Salome Zurabişvili deyir ki, Partsxaladze Gürcüstan vətəndaşı kimi cəzalandırılmalıdır və o, müvafiq orqanlardan işin araşdırılmasını tələb edir.