Gürcüstan hökuməti hesab edir ki, Ukrayna hökumətinin “Georgian Airways” və onun təsisçisi Tamaz Qaiaşviliyə sankiya tətbiq edilməsi siyasidir və dostcul qərar deyil. Bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili bu gün hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Birmənalı şəkildə deyilməlidir ki, bu, həqiqətən də siyasi səbəblərin doğurduğu qərar idi. Biz görürük ki, Rusiyaya bir çox ölkədən bir çox aviaşirkət uçur və Ukrayna hakimiyyətinin digər hallarda heç bir reaksiya və ya qərarı olmayıb.
Ukrayna hakimiyyətinin daha bir çox qeyri-doscult qərarını görməyimiz təəssüf doğurur. Bu cür faktlar bizdə əvvəlki hallarda da olub, bir neçə Gürcüstan vətəndaşına, Ukrayna hakimiyyəti tərəfindən, məhz bu cür sanksiya tətbiq edilib. Bu, birmənalı olaraq qəbuledilməzdir, Gürcüstan və Ukrayna arasında mövcud olan ölkələr arası münasibətlər standartına uyğun gəlmir”, - Davitaşvili bildirib.
İqtisadiyyat naziri hesab edir ki, “Georgian Airways”ə və Tamaz Qaiaşviliyə qarşı sanksiyaların tətbiqində Gürcüstan müxalifətinin də “əli var” – “Yəqin ki, qəbul edilən qərarın əsası da məhz budur, məlumat yanlış şəkildə ötürüldükdə, müvafiq olaraq, iki ölkə arasında münasibətlərə xələl gəitrən və heç cür uyğunlaşmayan bu cür qərarlar qəbul edirlər”, - Davitaşvili bildirib.
Ukrayna hakimiyyətinin qərarı ilə bağlı Ukrayna məsələləri üzrə müvəqqəti nümayəndə izahat üçün Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirliyin açıqladığı kimi, “görüşdə, o Gürcüstan tərəfinin qiymətləndirməsinə görə, əsassız olan bu qərarla bağlı narahatlığını ifadə edib”. Gürcüstanın Kiyevdəki səfiri də narahatlığını ifadə edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası iyulun 1-də sanksiya tətbiq edilən şəxslərin siyahısının genişləndirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar prezident Volodimir Zelenski tərəfindən də təsdiqlənib. Tamaz Qaiaşvili və “Georgian Airways” də daxil olmaqla, ümumilikdə 190 fiziki şəxs və 290 şirkət Rusiya ilə əlaqəsi və Ukraynaya qarşı müharibəyə görə sanksiyaya məruz qalıb. Qaiaşvili qərarı absurd adlandırıb və ümid edib ki, “bu ədalətsiz və əsassız qərardan sonra Gürcüstan hökumətinin dərhal və güzgüvari cavabı olacaq”.
“Georgian Airways” mayın 20-dən Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlar yerinə yetirməyə başlayıb. Bu, Rusiya prezidenti Vladimir Putinin 10 may tarixli fərmanla, təxminən, 4 il əvvəl Gürcüstana birbaşa uçuşların dayandırılması ilə bağlı qərarını ləğv etməsindən sonra baş verib. Bundan əlavə, Putin Gürcüstan vətəndaşları üçün 23 ildir qüvvədə olan viza rejimini də ləğv edib.
Gürcüstan prezidenti Rusiyaya uçuşların bərpası ilə əlaqədar “Georgian Airways”i boykot etdiyini açıqlayıb. Salome Zurabişvilinin sözlərinə görə, bu, hər hökumət dövründə “varlanmaq üçün bu dövlətdən tam istifadə edən” bir aviaşirkətdir.