Boşluqların mövcudluğu Rusiyaya müharibəni uzatmağa kömək edir - ABŞ səfiri ilə müsahibə

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcüstana verdiyi vədləri heç vaxt yerinə yetirməyən ölkə ilə münasibətləri normallaşdırmağa cəhdi təhlükəli addımdır. Hakimiyyətin Putinin bu jestini bu qədər isti qarşılaması təəccüblü idi. Birbaşa uçuşlarla bağlı daha çox narahat edici hal odur ki, bu, Rusiya vətəndaşlarına Avropaya çıxış imkanı verir. Rusiya vətəndaşları təcrid olunduqlarını başa düşməlidirlər, çünki onların hökuməti müharibəyə başlamağı seçib. Sanksiya koordinatorlarının verdiyi digər mesaj ondan ibarətdir ki, daimi sayıqlıq lazımdır, çünki Rusiya həmişə hissələri, xüsusən də sonda Rusiyanın Ukraynaya hücum etmək, yaşayış binalarını bombalamaq, qorxu salmaq və məhv etmək üçün istifadə edəcəyi silahlara çevriləcək komponentləri əldə etmək üçün yeni yollar tapmağa çalışır. Boşluqların olması Rusiyaya müharibəni uzatmağa kömək edir”, - ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “Gürcüstan Xəbərləri”nə müsahibəsində bildirib.

- Xanım səfir, sizdən Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpası və 23 ildən sonra Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edən Putinin sərəncamı ilə bağlı sual vermək istərdim. Gürcüstan hökuməti bu hərəkətləri alqışlayıb. Rusiya niyə indi belə qərarlar verir?

- Səbəbi ilə bağlı spekulyasiya etmək istəmirəm, amma bununla, əlbbətə, razıyam ki, 

İndi heç bir ölkənin, xüsusən də ərazisinin 20%-i Rusiyanın işğalı altında olan bir ölkənin Rusiyaya yaxınlaşmasının vaxtı deyil. Düşünürəm ki, hakimiyyətin Putinin bu jestini bu qədər isti qarşılaması təəccüblü idi. Bu, bütün pozulmuş şərtlərdən, Gürcüstanın Putindən, Kremldən və Rusiyadan gördüyü bütün təcazüzlərdən sonra baş verir.

Təbii ki, hökumətlər öz xalqlarına kömək etməyə çalışırlar, lakin Rusiyada yaşayan əsasən rus-gürcü ikili vətəndaşlığı olan 130 min insanın artıq Gürcüstana getmə yolları var idi. Onlar bunu İrəvan və ya Minsk vasitəsilə çox çətinlik çəkmədən edə bilirdilər. Biz artıq Rusiyadan, Putindən və Kremldən Gürcüstanı geri çəkmək üçün təzyiqlər, lakin, həm də həvəsləndirmə görürük.

Rusiyanın hazırda elədə çox dostu yoxdur və bunun da öz səbəbi var - Rusiya Ukraynada dinc əhaliyə, uşaqlara və qocalara vəhşicəsinə hücum edir, Rusiya imperiyasını yenidən qurmağa çalışır. Bu, qüdrət və ərazi üçün sarsıdıcı ələ keçirmədir və əgər hər hansı bir ölkə Ukraynanın öz mədəni kimliyini, eləcə də suverenliyini və ərazi bütövlüyünü qorumaq və saxlamaqda marağının nə olduğunu başa düşə bilirsə, bu, Gürcüstandır. Yenə də belə düşünürük ki,

Gürcüstana verdiyi vədləri heç vaxt yerinə yetirməyən ölkə ilə münasibətləri normallaşdırmağa çalışmaq təhlükəli addımdır.

Həm səfirliyin, həm də Vaşinqtonun bəyanatlarından aydın olur ki, biz buna müəyyən narahatlıqla yanaşırıq.

- Rusiya üçün hava məkanının açılması işğalçı ölkəyə köməkdirmi və Gürcüstanın Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməsində Rusiyaya yardım etməsi ilə bağlı şübhələr nə dərəcədə əsaslıdır? Bu günlərdə Rusiya gömrük xidmətinin rəhbəri bildirib ki, Avropa ölkələrinin tətbiq etdiyi iqtisadi blokada Gürcüstan-Rusiya sərhədində, “Zemo Lars” keçid məntəqəsində pozulur.

- Mən heç vaxt Rusiya rəsmisinin dediklərinə etibar etməmişəm. Biz bilirik ki, onlar təbliğat ustasıdırlar və onların təbliğatının məqsədi təkcə Gürcüstanı parçalamaq deyil, həm də Gürcüstanı strateji tərəfdaşlarından: ABŞ, Avropa İttifaqı və Böyük Britaniyadan uzaqlaşdırmaqdır; Azadlığa inanan və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün güclü tərəfdarları olanlardan. Aydındır ki, Rusiya bunun üçün bünövrə qazmağa çalışır.

Bu yaxınlarda ABŞ, Böyük Britaniya və Aİ-nin sanksiya koordinatorlarının səfəri oldu. Eyni zamanda, bu, Gürcüstana nəyin daxil olub və nəyin çıxdığına nəzarət etmək üçün hər şeyi edən Gürcüstan hökumətinə təşəkkür idi. Gömrük və Sərhəd Mühafizəsi Birləşmiş Ştatlar ilə uzunmüddətli tərəfdaşlığa malikdir - bu, təlimdir, biz onlara avadanlıq verdik və gördük ki, onlar əllərindən gələni edirlər. Gürcüstana daxil olan və çıxan malların axınına nəzarət etmək böyük vəzifədir, çünki qismən də müharibə başlayandan bəri, həcm olduqca artıb.

Biz sanksiyaların, xüsusən də maliyyə sanksiyalarının tətbiqi və yerinə yetirilməsi baxımından çox yaxşı səylər gördük. Hesab edirəm ki, Milli Bank çox yaxşı iş görüb.

Sanksiya koordinatorlarının verdiyi digər mesaj ondan ibarətdir ki, daimi sayıqlıq lazımdır, çünki Rusiya həmişə hissələri, xüsusən də sonda Rusiyanın Ukraynaya hücum etmək, yaşayış binalarını bombalamaq, qorxu salmaq və məhv etmək üçün istifadə edəcəyi silahlara çevriləcək komponentləri əldə etmək üçün yeni yollar tapmağa çalışır. Beləliklə, hazırda bu, çox konkret siyahıdır, lakin Rusiya uyğunlaşmalı və yeni yollar tapmalı olduğu üçün onlar həmişə fürsət axtarırlar.

Müvafiq olaraq, bu mesajın bir hissəsi Gürcüstana Rusiyanın bəzi şeyləri Gürcüstan üzərindən keçirmək cəhdlərinin qarşısını almaq, Gürcüstana kömək etmək üçün birlikdə nə edə biləcəyimizdən ibarət idi. Söhbət mütləq hökumətə şamil edilmir, ola bilər ki, Rusiya ilə əlaqəsi olan və ya Rusiyanın çoxlu pul ödədiyi şirkətlər var ki, bu da onları Rusiyaya kömək etməyə vadar edir.

Boşluqların olması Rusiyaya müharibəni uzatmağa kömək edir. Nə qədər ki, Rusiyanın bu hissələri, texnikası var, Ukraynanı bombalamağa, müharibəyə davam edəcək.

Ona görə də bu müharibəni mümkün qədər tez bitirmək üçün sanksiyalar vacibdir.

Bu birbaşa uçuşlarlın əslində nə qədər yük gətirəcəyini görməliyik.

Birbaşa uçuşlarla bağlı daha çox narahat edici hal odur ki, bu, Rusiya vətəndaşlarına Avropaya çıxış imkanı verir. Avropa öz hava məkanını Rusiya vətəndaşlarının üzünə bağladığına görə, birbaşa uçuşlar onlara Avropaya doğru bir növ arxa qapı açır. Yenə də Rusiya vətəndaşlarının hökumətlərinin müharibəyə başlamağı seçdiyi üçün təcrid olunduqlarını başa düşmələri vacibdir.

Bütün bu Avropa regionunda Rusiya yenidən müharibəyə başlayanadək 75 il ərzində nisbətən sülh və sabitlik hökm sürürdü. Onlar 2008-ci ildə burada müharibə başlatdılar, 2014-cü ildə Ukraynaya hücum etdilər və indi sadəcə Rusiya İmperiyasını bərpa etmək üçün acgöz istəklərinə görə Ukraynanı, bir millət kimi ukraynalıları məhv etmək üçün dağıdıcı cəhdlə yenidən qayıdırlar. Düşünürəm ki, bir çox insan qorxur ki, əgər biz bir yerdə və möhkəm dayanmasaq, Putin belə davam edə bilməyəcəyi, bunun dayanmalı olduğu mesajını almayacaq. Belə ki, Tbilisiyə birbaşa uçuş imkanının verilməsi, daha sonra isə Fransaya və ya Almaniyaya səyahət imkanının verilməsi Rusiya vətəndaşlarında hər şeyin qaydasında olduğu fikrini yaradacaq. Bu normal deyil. Hamımızın son 75 ildə qurmaq üçün çox işlər gördüyü sülhü və sabitliyi məhv edən onların hökumətidir.

- Moskva artıq növbəti addımlardan - Abxaziyadan keçən dəmiryolundan və ya diplomatik münasibətlərin bərpasından danışır. Sizcə, bu mövzular niyə aktivləşir və Rusiyanın bu istiqamətdə də uğur qazanması nə dərəcədə realdır?

- Mən şadam ki, son günlər mən bir neçə hökumət nümayəndəsinin bəyanatlarını eşitdim, onlar çox qəti və aydın dedilər ki - dəmir yolu olmayacaq, diplomatik münasibətlər bərpa olunmayacaq. Deməli, hökumət rəsmi olaraq bunun baş verməyəcəyini bəyan edir.

Rusiya bunu niyə edir? Hesab edirəm ki, bu, Kremlin Gürcüstana, bura xaos gətirmək, çaşqınlıq, qorxu yaratmaq üçün etdiyi təzyiqin bir hissəsidir və təəssüf ki, bu işləyir. Demək istədiyim odur ki, siz Gürcüstanda bu rusiyayönümlü dezinformasiyanın yaratdığı parçalanmanı görürsünüz və bu, təkcə keçən ildən bu yana baş vermir. Bu, mənim burada olduğum 3,5 il ərzində davam edirdi, indi daha intensivdir və gürcülər üçün çox emosional məsələlərdə əlaqədardır.

Rusiya hələ də ərazinizin 20%-ni işğal etdiyi, ailələrin bir araya gəlməsinə, rusiyapərəst qüvvələrin nəzarətində olan süni sərhədə görə insanların öz bağlarında işləməsinə mane olduğu halda, hər hansı bir gürcü Rusiya ilə münasibətlərin normallaşdırılmasını necə təsəvvür edə bilər?

Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə fikir ayrılıqlarını sülh yolu ilə həll etməsi üçün Rusiyanın atəşkəs sazişi üzrə öhdəliklərini yerinə yetirməsi, işğal etdiyi ərazilərdən çıxması və tanınmasını geri götürməsi - bu, burada olduğum müddətcə gürcülərin həmişə eşitdiyim prioritetidir. Buna imkan vermək Rusiyanın maraqlarına uyğun deyil. Ona görə də görürük ki, o, davamlı olaraq bölməyə, ayırmağa, çaşdırmağa çalışır ki, bu da əhalidə qorxu yaradır.

- Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ailəsinin sanksiyaya məruz qalan üzvləri may ayında Gürcüstanda olublar. “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmur və bura şəxsi sanksiyalar da daxildir. Bundan əlavə, o, ailə üzvünə sanksiya tətbiqinin insan hüquqları standartlarının kobud şəkildə pozulması olduğunu bildirib. Gürcüstan hökumətinin Qərbin sanksiyalarına bu münasibəti nədən xəbər verir? Bir hüquqşünas kimi, sizcə Lavrov kimi şəxslərin ailə üzvlərinə sanksiya tətbiq olunduqda insan hüquqları pozulurmu?

- Bildiyimə görə, bunun insan haqlarının kobud şəkildə pozulması barədə heç vaxt məhkəmə qərarı olmayıb. Beləliklə, bəlkə də bu, onun [İrakli Kobaxidzenin] şəxsi fikridir. Bilirəm, o onu da dedi ki, kimlərsə işğal olunmuş ərazilərə qanunsuz daxil olubsa, o zaman Gürcüstana buraxılmayacaq. Xarici işlər naziri Lavrovun bunu etdiyini bilirik. Onun kürəkəni və qızının da bunu edib-etmədiyini bilmirəm, amma o da aydındır ki, onlar prezident Putinə və Kremldə Ukraynaya qarşı müharibənin başlanmasında iştirak edən, qərar qəbul edici şəxslərə yaxındırlar. Düşünürəm ki, gürcü xalqı açıq şəkildə bildirdi ki, Rusiya ölkənin 20%-ni işğal etdiyi halda, bu yüksək səviyyəli rəhbərlik və Kreml elitası burada xoş qarşılanmayacaq. Burada olduğum müddətdə bir neçə hal olub ki, Gürcüstan vətəndaşları bunu bəyənmədiklərini və alqışladıqlarını açıq şəkildə bəyan ediblər və bunun üçün yaxşı səbəbləri var - bu insanlar sizin ölkənizi işğal etməkdə davam edən Kreml elitasının bir hissəsidir. İnsanların buna etiraz etməsi məncə təəccüblü deyildi.

- Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi və Rusiyanın Gürcüstan vətəndaşları üçün viza məhdudiyyəti məsələsindən danışan İrakli Kobaxidze deyib ki, o, ABŞ səfirinin yerində olsaydı, ABŞ-ın Gürcüstana birbaşa uçuşları ilə maraqlanar, onun vətəndaşları üçün vizasız rejim təyin edərdi. Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının viza müraciətlərinin yalnız 37% təmin olunur. Gürcüstanla Amerika arasında birbaşa uçuşlar və viza qaydalarının sadələşdirilməsi məsələləri müzakirə olunurmu?

- Yaxşı cümlədir. Biz, əlbəttə ki, uzun illərdir birbaşa uçuşların yaradılması üzərində işləyirik və “covid”dən əvvəl yaxşı irəliləyiş var idi. Kommersiya aspekti hələ də nəzərdən keçirilir. Ümid edirik ki, bununla bağlı müəyyən irəliləyişlər olacaq. Bunu etmyin biznes nöqteyi-nəzərindən mənası olmalıdır. ABŞ Gürcüstandan uzaqdadır. Biz bunun üçün resurs ayıra biləcək kommersiya aviaşirkətinin tərəfdarıyıq və Gürcüstan hökumətinin dəstəyini yüksək qiymətləndiririk. Bununla belə, son nəticədə birbaşa uçuşların açılması aviaşirkətin kommersiya, biznes qərarı olacaq. Ötən həftə Corciya ştatının qubernatoru və onun nümayəndə heyətinin çox müsbət səfəri oldu. Onlar Gürcüstanda birlikdə daha çox iş görmək üçün, buradakı imkanlara heyran qalıblar. Onlar o qədər heyran qalıblar ki, onların Təhsil Naziri Gürcüstana qayıdır ki, burada Nazirliklə işləsin, həmçinin ştatın İqtisadiyyat Naziri də imkanlara baxmaq üçün qayıtmaq istəyir. Beləliklə, Amerika rəsmiləri, eləcə də iş adamları bizim tərəfdaş olaraq birlikdə nə edə biləcəyimizə böyük maraq göstərirlər. Təbii ki, Gürcüstanda milli, regional və bələdiyyə səviyyəsində dövlət dəstəyi bunun üçün çox vacibdir.

Biz hər il ABŞ-da turist, tələbə və iş adamları, bütün sektorların nümayəndələri kimi minlərlə gürcünü qarşılayırıq. Biz çox şadıq ki, bu qədər gürcü vətəndaşın gəlmək istəyi var. Əslində ABŞ-a gəlmək istəyən Gürcüstan vətəndaşlarının sayının xeyli artdığının şahidi olduq. Bunu qanuni şəkildə etmək istəyənlərə və ərizəni dolduranlara kömək etməyə hazırıq. Bilirəm ki, bu, kifayət qədər uzun bir prosesdir və mən istəyən qədər asan deyil, lakin qanuni şəkildə gəlmək istəyənləri salamlayırıq. ABŞ-a qeyri-qanuni yollarla daxil olmağa çalışan Gürcüstan vətəndaşlarının sayında da artım müşahidə etdik. Bu, Gürcüstan hökuməti ilə əməkdaşlıq edərək həll etməyə çalışdığımız problemdir.

- Bununla bağlı sizdə hər hansı məlumat varmı?

- İndi yoxdur, amma nəzərə çarpacaq bir artım var, xüsusən də Meksika vasitəsilə, bu, çox, çox təhlükəlidir və heç kimə bunu etməyi məsləhət görməzdim. Bu, nəinki təhlükəli və bahalıdır, həm də qanunsuz daxil olduqdan sonra tutulsanız, heç vaxt ABŞ-a qayıda bilməyəcəksiniz.

Bilirəm ki, qanuni şəkildə müraciət etmək uzunmüddətli bir prosesdir və biz daxil olmaq istəyən bütün gürcüləri qəbul edə bilmərik, lakin qanuni addımlardan keçmək vacibdir. Beləliklə, bir daha biz gürcüləri sevdiyimiz üçün hər il minlərlə gürcü qəbul edirik, Amerikada daha çox gürcü olmasını və daha çox amerikalının Gürcüstana gəlməsini istəyirik.

- Ölkəmizdə müstəqil medianın iş mühiti getdikcə pisləşir, təzyiqlər artır. bölgələrdə yerli media yoxa çıxır. Səfirliyin bu vəziyyətdə mediaya həqiqətən kömək etmək üçün hansı baxışı və planları var?

- Bu vəziyyəti eşitdiyimə çox təəssüflənirəm, çünki media azadlığı, güclü, müstəqil media sağlam demokratiyanın həyati dərəcədə əhəmiyyətli bir hissəsidir. Mən sizinlə razıyam ki, Gürcüstanda müstəqil media məkanı zaman keçdikcə daralır və bu, təbii ki, Gürcüstan vətəndaşlarının maraqlarına uyğun deyil.

İllərdir ki, səfirlik xüsusilə regional media orqanlarına təlim, avadanlıq və dəstək verməyə çalışır, çünki görürük ki, həm Gürcüstanda, həm də bir çox başqa ölkələrdə jurnalistikanın ən yaxşı nümunələri regionlardadır.

Regional media bilavasitə icma ilə bağlı olmalı, icmanı narahat edən məsələləri işıqlandırmalıdır. Düşünürəm ki, bu, insanlara azad, güclü və müstəqil medianın nə üçün vacib olduğunu dərk etməyə kömək edir. Əgər siyasiləşibsə və mən görürəm ki, Gürcüstanda media çox siyasiləşib, mənim ölkəmdə də belədir, bu həqiqətən də bütün cəmiyyətə zərər verir. Bununla belə, bu nadir hadisə deyil. Etməyə çalışdığımız şey təkcə təlim və avadanlıqla kifayətlənmir, bu həm də azad mediaya dəstək, insanlara bunun nə üçün bu qədər vacib olduğunu başa düşməyə kömək etmək səylərimizdir.

Bəzən biz, hökumətə tənqidi medianın hökumət kimi, necə daha yaxşı işləməli olduğunu öyrənmək üçün bir vasitə olduğunu başa düşməsinə köməklik edirik. Bu, hökumətin hesabatlılığını təmin etmək üçün bir vasitədir. Bu, sadəcə olaraq hakimiyyətin tənqidi deyil, hökuməti təmsil etdikləri vətəndaşlar üçün daha yaxşı iş görməyə məcbur edən tənqid olmalıdır. Mən əmin deyiləm ki, bu, təkcə Gürcüstanda deyil, burada və bir çox ölkələrdə həmişə yaxşı başa düşülsün. Biz Gürcüstanda güclü, müstəqil medianı dəstəkləmək üçün əlimizdən gələni etməyə davam edəcəyik - bölgələrə xüsusi diqqət yetirməklə, çünki biz həqiqətən ən yaxşı jurnalistikanın burada, bölgələrdə edildiyinə inanırıq.

- 2024-cü ildə Gürcüstanda parlament seçkiləri keçiriləcək. Biz artıq media haqqında müəyyən qədər danışmışıq, amma mən bu məsələyə təkrardan qayıtmaq istəyirəm. Biz, hökumətin onu tənqid edən media və ya qeyri-hökumət təşkilatlarının nümayəndələrini necə məhdudlaşdırmağa, nüfuzdan salmağa, qorxutmağa çalışdığını görürük. Bu günlərdə “Formula” teleşirkətinin təsisçilərindən olan Mişa Mşvildadzeyə hücum, hüquq müdafiəçiləri və vətəndaş fəallarının parlament qarşısında boş vərəqlə durduqlarına görə həbs edilməsi, jurnalistlərə qarışı böhtan idialarının artması, buna görə məhkəmənin müxalifət telekanallarını cərimələməsi - bu nümunələr vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Seçkiqabağı dövrdə medianın və vətəndaş cəmiyyətinin hazırkı vəziyyətini, hadisələrin gözlənilən inkişafını necə görürsünüz?

- Bayaq da müzakirə etdiyimiz kimi, vətəndaş cəmiyyəti kimi, güclü müstəqil media da, demokratiya üçün də həyati əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyəti bir çox fərqli aspektləri əhatə edir - bu, iqlim dəyişikliyi və ya məhdudd fiziki imkanlı şəxslərin hüquqları üzrə işləyən QHT və s. ola bilər, lakin onların hamısı insanların səsidir. Vətəndaş cəmiyyəti də, media da vətəndaşların səsidir. Onlar hökuməti hesabatlı tutmağa və ictimai prioritetlər barədə məlumatlandırmaqla onun daha yaxşı işləməsinə kömək etməyə çalışırlar. Hökumət bu məlumatlara görə onlara təşəkkür edib, işini daha yaxşı görmək üçün bundan istifadə edə, ya da bunu sadəcə tənqid kimi görüb müdafiə rejiminə keçə bilər. Təbii ki, bu məyusedicidir. Uzunmüddətli perspektivdə bütün hökumətlər ictimai prioritetlərə cavab verməlidir.

Seçkilər yaxınlaşdığı üçün deyərdim ki, əgər siz hökumət olaraq yaxşı işləyirdinizsə, vətəndaşların qayğılarına cavab verirdinizsə, o zaman medianın, vətəndaş cəmiyyətinin nə deyəcəyi ilə bağlı narahat olmağa dəyməz. Onu bir daha dinləməlisən və bunu tənqid kimi qəbul etməməlisən, çünki seçicilər bilirlər ki, sən işi görürsən və onların prioritetlərini yerinə yetirirsən.

Medianın məsuliyyətli olması və bu yüksək qütbləşmiş mühitdə bəzən çətin olan dəqiq, balanslaşdırılmış işıqlandırmanın əhəmiyyətini dərk etməsi də vacibdir. Düşünürəm ki, bəzi milli KİV-lərin bəzi hallarda bu balanslaşdırılmış işıqlandırmanı itirməsi təəssüf doğurur. Səbəbini başa düşmək olar, amma mən deyərdim ki, Gürcüstan vətəndaşlarının balanslı, dəqiq işıqlandırma görə bildiyi bəzi regional və kiçik xəbər agentlikləri istisna olmaqla, mühitin olmaması ictimaiyyətin xoşuna gəlməyəcək.

Mənim üçün prezidentin cənab Qvaramiyanı əfv etməsi çox yaxşı əlamət idi, çünki bu [həbs] qütbləşməyə töhfə verirdi, xalqı parçalayırdı. Prezidentin izah etdiyi kimi, onun məqsədi qütbləşməni azaltmaq idi. O, ən böyük müstəqil, müxalif medianın yaradıcısı olduğu üçün, məncə, insanlar bu, onsuz da çox çətin olan şəraitdə bunun digər media orqanlarına və ümumilikdə jurnalistlərə sönük təsir göstərəcəyindən narahat idilər.

Ona görə də mən Prezidentin qərarını alqışlayıram və bu, qütbləşmənin azaldılmasında mühüm addım ola bilər.

- Yəni, bunun qütbləşməni azaldacağı fikrini bölüşürsünüz?

- Ümid edirəm. Zorakılıq və qeyri-sabitlik haqqında ən çox danışan insanlar zorakılıq və qeyri-sabitlik yaradanlardır. Nifrət nitqindən danışanlar nifrət nitqindən istifadə edənlər və onun yayılmasına kömək edənlərdir. Belə ki, rusiyayönümlü dezinformasiya kampaniyası dedikdə bunu nəzərdə tuturam ki, rusiyayönümlü qüvvələr çaşqınlıq və qorxu aşılamaqla cəmiyyəti bölməyə və zəiflətməyə çalışırlar. Cəmiyyətdə daha da qütbləşmək, insanları qorxuya və ya nifrətə sövq etmək üçün yayılan yalan və şayiələrin çoxu tamamilə uydurma hekayələrə əsaslanır. İnsanlar öz fikirlərini heç bir fakt və ya dəlillə dəstəkləməyə cəsarət etmədən, sadəcə olaraq ittihamlar səsləndirirsə, məncə, bu qorxaqlıqdır. Bu həm də, ölkənin ehtiyac duymadığı bir növ çaşqınlıq yaradır ki, bundan da yalnız Rusiya faydalanır.

Bu, əvvəllər də tez-tez dediyimiz və çoxlarının da dediyi kimi, Gürcüstanın birləşmək və hər iki cəbhədə vahid və güclü qalmaq vaxtıdır - birincisi, ona görə ki, Kreml 2008-ci ildə başladığı kimi Ukraynaya qarşı bu müharibəyə başlayıb və həm də ona görə ki, Aİ-yə namizəd statusu almaq üçün bu inanılmaz fürsətə sahibsiniz. Əgər bu ölkəni bir şey birləşdirməlidirsə, bu, gürcü xalqının aydın seçimi olan Avropaya inteqrasiya yolunda növbəti mühüm addımdır.

- Avropa İttifaqının 12 tövsiyəsinin həyata keçirilməsində ən böyük çətinliyi harada görürsünüz?

- Ötən həftə Avropa Komissiyasının şifahi hesabatında Gürcüstanın 12 tövsiyədən 3-nü yerinə yetirdiyi aydın oldu. Bu vacibdir və prosesdə irəliləyişin göstəricisidir. Hökumət və maraqlı tərəflər birgə işləyə bilsələr, qalan tövsiyələri həyata keçirmək üçün hələ vaxt var. Komissiya çox aydın şəkildə bildirdi ki, bu nəticə qədər vacib olan bir prosesdir. Bu, inklüziv proses olmalıdır.

Təkpatiyalı səy 12 tövsiyənin həyata keçirilməsi demək deyil, çünki o, inkluziv olmalıdır. Bu o deməkdir ki, vətəndaş cəmiyyəti cəlb olunmalıdır, bu o deməkdir ki, müvafiq qeyri-hökumət təşkilatları və maraqlı tərəflərlə məsləhətləşmələr lazımdır.

Bir neçə tövsiyyə ilə bağlı QHT-lərdən və mediadan çoxlu yaxşı təkliflər olub, amma bildiyimə görə heç biri nəzərə alınmayıb. Bu, çox pisdir, çünki onlardan bəziləri həqiqətən yaxşı idi və Avropa Komissiyası da bunu qiymətləndirir ki, Gürcüstan bir araya gəlib vahid cəmiyyət kimi, müxtəlif fikirlərə malik, lakin bu mühüm növbəti addımda konsensus və kompromis əldə edə biləcəkmi?. Bu, Avropa İttifaqı və NATO kimi konsensusa əsaslanan təşkilatlara üzvlük üçün çox vacibdir. Bu təşkilatlar güclüdür, çünki üzvlər hər kəsin dəstəkləyə biləcəyi bir kompromis yanaşması üzərində razılaşırlar. Bu, çətin prosesdir, lakin Avropa İttifaqı və NATO-nun gücü üçün vacibdir. Məhz buna görə də bu təşkilatlar yeni üzvün bir ölkə olaraq bunu. kompromislərə gedə, konsensusa razılaşa bilib-bilməyəcəyinə çox diqqətlə baxır. 

Biz burada, Gürcüstanda bunu görmürük. Bu proses heç bir şəkildə Gürcüstanda maraqlı tərəflər və hökumətin birgə işləyə və kompromis əldə edə, konsensusa gələ biləcəyini göstərmədi. Bu qalan prioritetləri yerinə yetirməsinin əksikliyidir. Bəlkə də buna görə Aİ tövsiyələrdən biri olan depolarizasiyanın vacib əhəmiyyətini vurğulayır. Bu, son dərəcə çətindir, lakin tənqiddən daha çox, hər bir addım qütbləşmənin azaldılması istiqamətində atılan addım kimi tanınmalı və qəbul edilməlidir.

- ABŞ-ın Gürcüstandakı səfiri kimi səlahiyyət müddətiniz tezliklə başa çatacaq. Yeni səfirin ölkəmizdə qarşılaşacağı əsas çətinlik nədir? Qeyd edək ki, hakim partiyanın sədri sizi Gürcüstanda qütbləşməni dəstəkləməkdə və hətta maliyyələşdirməkdə ittiham edib. O, yeni səfirin “fərqli davranacağına” ümid etdiyini bildirib.

- Burada olduğum 3,5 ilin böyük bir hissəsini siyasi partiyaları birləşdirməyə sərf etdiyim üçün cəmiyyəti depolarizasiya cəhdində öz töhfəmi verdiyimi düşünürəm. Biz gördük ki, tərəflər bir araya gələrək 8 mart 2020-ci il tarixli sazişlə razılaşdılar, bu, seçki islahatları baxımından çox müsbət idi və bu, ABŞ, Avropa İttifaqı, eləcə də Almaniyanın dəstəyi və təşviqi ilə həyata keçirildi. 6 ay ərzində siyasi partiyalara, o cümlədən “Gürcü Arzusu”na, məhz onların tələbi ilə kömək etməyə çalışdım. “Gürcü Arzusu” ABŞ və Avropa İttifaqından 2020-ci il parlament seçkilərindən sonra tərəfləri bir araya gətirmələrini və danışıqlara kömək etmələrini xahiş etdi ki, bu da Şarl Mişelin aprelin 19-da imzaladığı razılaşma şəklində edildi ki, bu da öz növbəsində çox yaxşı bir yol xəritəsidir. Bunlar, eynilə Avropa İttifaqı ilə Assosiasiya Sazişində olan və indi 12 tövsiyə şəklində olan eyni islahatlardır. Bu yol xəritəsi Gürcüstanın tərəqqisi üçün kifayət qədər aydındır və bnun yaradılmasında məhz “Gürcü Arzusu” da iştirak etmişdir.

Gələcək səfirə məsləhətim o olardı ki Gürcüstanın regionlarına mümkün qədər tez səfər etsin. Tiflis, əlbəttə, çox önəmlidir, orada həmişə çox şey olur, amma bu ölkənin əsl qəlbi və ruhu bölgələrdədir. Orada gürcü tarixinin müxtəlifliyini, zənginliyini və mürəkkəbliyini hiss edə bilərsiniz. Həm də sizin çoxlu gözəl, mehriban, istiqanlı gürcülərlə görüşmək imkanınız var, nəinki qonaqpərvərlikdə, həm də dostluqda, dostluqda Amerika xalqına qarşı inanılmaz səxavətli olublar və mən bunu yaşamışam. Bu, o qədər güclü bağdır ki, biz son 30 il ərzində ailələrin, icmaların, regionların və həqiqətən də bütün ölkənin həyatını yaxşılaşdırmaq üçün birlikdə çox işlər görmüşük. Gürcülər çalışırlar ki, öz ölkələrini daha firavan, daha sabit və təhlükəsiz, nəhayət, güclü və fəaliyyətdə olan demokratiyaya çevirsinlər.

ABŞ-ın, burada Gürcüstanda olmasının səbəbi, məhz budur. Ona görə də 30 ildir ki, buradayıq. Burada etdiyimiz hər şeyi, milli, regional, yerli səviyyədə hökumətlə əməkdaşlıqla edirik; Gürcüstanın daha təhlükəsiz olmasına kömək etmək üçün qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə birlikdə edirik. Gürcüstan Müdafiə Qüvvələri, Sahil Mühafizəsi, Sərhəd Polisi, Gömrük, Gəlirlər Xidməti ilə işləyirik. Biz Gürcüstan iqtisadiyyatının böyüməsinə və diversifikasiyasına, Rusiyadan asılılığını azaltmağa kömək edirik ki, Rusiya 2019 və 2006-cı illərdə və əvvəllər də dəfələrlə etdiyi kimi iqtisadi səbəblərdən Gürcüstanı girov götürmək üçün təsir rıçaqları kimi istifadə etməsin. Prinsipcə, biz Gürcüstana öz müstəqil demokratik qurumlarının qurulmasında kömək edirik. Biz Amerikada və digər demokratik ölkələrdə gördük ki, güclü demokratiyanın ən mühüm hissəsi, demokratiyaya ən sabitlik və təhlükəsizlik verən şey güclü, müstəqil qurumlardır. Ona görə də biz buna keçmişdə çox diqqət yetirmişik və gələcəkdə də göstərəcəyik.

             Eter Panqani|Gürcüstan Xəbərlərinin Redaktoru

Səfirin əvvəlki müsahibəsinə baxın:

Bu, gürcülərin yaşamaq istədiyi ölkə deyil - ABŞ səfiri ilə müsahibə

გელა მთივლიშვილი
გელა მთივლიშვილი
„საქართველოს ამბების“ რედაქტორი. პროფესიით იურისტია. აშუქებს ადამიანის უფლებებთან, ეთნიკურ უმცირესობებთან, კონფლიქტის ზონებთან და ტერორიზმთან დაკავშირებულ თემებს. E-mail: Mtivlishvili@gmail.com