Gürcüstan millisinin bütün zamanların ən yaxşı bombardiri olan veteran futbolçu Şota Arveladze parlamentdə “xarici agentlər” haqqında qanun layihələrinin müzakirəsinə fikir bildirir və yazır ki, qanun və ya hakimiyyət fərqli fikir və fəaliyyətinə görə insanı agent hesab edəcək berketə sahib olmamalıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bizim gələcəyimiz ancaq Avropa ola bilər. Müstəqillik əldə etdiyimiz gündən pis və ya yaxşı, bacardıq və daha yaxşı ölkəyə çevrilə bildik, amma belə həlledici mərhələdə zorla problem yaratmamalıyıq. Seçimimizə sual işarəsi qoymaq, onu təkrardan gözdən keçirmək yolverilməzdir. Biz Avropaya girmirik, onun bir parçasıyıq.
Təxminən bir əsr əvvəl Sovet İttifaqı Sandro Axmeteli, Mixail Cavaxişvili və bir çox böyük gürcü ədibləri agent və casus hesab edirdi. Ancaq onların düzgün və vətənpərvər fəaliyyətinə tarix nəhayət ki, öz düzgün qiymətini verdi. Heç bir qanun və ya hökumətin bir insanı fərqli fikir və ya fəaliyyətə görə agent hesab etmək berketləri olmamalıdır. Biz bunu keçmişdə qoymuşuq. Bu, rəqabəti, fərqli fikirləri və azadlığı məhdudlaşdırmağa yönəlib. Bu berketin olması senzura, nəzarət və daha çox kompleksləşdirilmiş insanlar deməkdir - heç kim agent damğasını daşımaq istəməz. Repressiyaların qurbanına çevrilən, ölümündən sonra da sovet quruluşu tərəfindən mühakimə olunan Paolo İaşvili də bunu istəmirdi.
Bir neçə gündür ki, fermerləri, dağlarda yaşayan insanları, sahibkarları, alimləri, müəllimləri, tələbələri, yazıçıları, rəssamları, akademikləri, təcrübəli diplomatları dinləyirəm. Onların aydın mövqeyini bölüşməmək mümkün deyil. Bu qədər ağıllı adamlara elə gələ bilməz ki, nəsə səhv edilir. Biz özümüzə və uşaqlarımızın gələcəyinə qarşı dürüst olmalıyıq. Onların və bizim gələcəyimizə təhlükə yaradan və yaradacaq olan hər şey yanlış istiqamətdə getməyə xidmət edir”, – Arveladze yazıb.
Parlamentin Hüquq komitəsi müstəqil medianın, qeyri-hökumət təşkilatlarının, vətəndaşların və müxalifət partiyalarının etirazına səbəb olan “Xarici agentlərin qeydiyyatı haqqında” və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihələrini müzakirə edir. Parlament çoxluğunun üzvlərinin təşəbbüsü ilə irəli sürülən qanun layihələri maliyyəsinin 20%-dən çoxu xaricdən olan media vasitələri və qeyri-hökumət təşkilatlarını “xarici təsir agenti” kimi qeydiyyatdan keçirməyə məcbur edir. Ədliyyə Nazirliyi media və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatları emal etmək və 25 min lari məbləğində cərimə təsis etmək səlahiyyətinə malik olacaq. Qanun layihəsində bu qanunu pozan şəxs üçün 5 il həbs cəzası nəzərdə tutulub. Güclü etirazlara baxmayaraq, martın 2-də parlamentin Xarici Əlaqələr və Müdafiə və Təhlükəsizlik komitələrinin birgə iclasında “Gürcü arzusu” qanun layihələrini dəstəkləyib. Polis etiraz aksiyasında iştirak edən 36 nəfəri, o cümlədən 2 jurnalisti - Zura Vardiaşvili və Beka Jikuraşvilini xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq bəhanəsi ilə həbs edib.
Parlamentin Hüquq məsələləri komitəsinin bu gün keçirilən iclasında müxalifətçi deputatların bir hissəsi xaric edilib. Dünən, axşam saatlarında Milli Məclisin aparatı qərara əsasən, “Publika” və “Tabula” internet nəşrlərinin 4 jurnalistinin akkreditasiyasını 1 ay müddətinə dayandırıb. Martın 1-dən parlamentdə mediya fəaliyyətinin yeni qaydaları tətbiq edilir.
Bu gün səhər saatlarından parlament binası yaxınlığında etiraz aksiyası keçirilib, deputatları qorumaq üçün yüzlərlə polis səfərbər edilib. Mitinq iştirakçıları rus qanun layihələrinin nəzərdən keçirilməsinə etiraz edir və “Gürcü arzusu”nu Avropa kursunu dəyişməkdə ittiham edirlər.
Eyni məqsədləri daşıyan belə bir qanun 2012-ci ildə Rusiyada qəbul edildi və tənqidi səs boğuldu. Avropa Birliyi belə bir qanunu qadağan edir.
Parlament bürosunun bu gün, martın 6-da saat 15:00-da keçirilməsi nəzərdə tutulan iclası sabaha təxirə salınıb və saat 10:00-da keçiriləcək. Səhər saat 10-da müstəqil media və ictimai təşkilatların etiraz aksiyası planlaşdırılıb.