Çiaturadakı “Georgian Manganese” şirkətində çalışan yüzlərlə insan dördüncü gündür ki, tətil edir. Mədənçilər üçün işəgötürənin təklif etdiyi yeni iş şəraiti qəbuledilməzdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Çiaturanın manqan mədənləri fevralın 1-dən dayandırılıb. İşçilərin sözlərinə görə, mayın 1-də şirkət onları çağırıb, iş prosesini mərhələli şəkildə bərpa etməyə başlayanda yeni şərtlər, o cümlədən maaş artımı olmadan iş planının 30% artırılmasını irəli sürüb.
“Təklifi özləri gətiriblər, bizim heç bir təklifimiz yox idi. Ailələrimiz üçün sadəcə çörək pulu olan, maaşımızın 60%-i ilə evə yola salındıq, üç aydan sonra qayıdırıq və belə bir təkliflə qarşılaşırıq ki, bu da əslində maaşın ən azı 20% azaldılması deməkdir. Birbaşa maaşınızı azaldırıq demirlər, amma bizə, yerinə yetirilməsi mümkün olmayan bir plan verirlər. Biz mədənçi olsaq da, yerin altında işləsək də, qeyri-mümkün olanı yerinə yetirə bilmərik və yerinə yetirilməyən işin əvəzini heç kim bizə ödəməyəcək. Çiatura buna dözə bilməz, ailələrimiz ac qalacaq”, - deyə tətilçilərdən biri bildirib.
Mədənçilər bildirirlər ki, şirkətin təklif etdiyi planın yerinə yetirilməsi, hətta onların həyat və sağlamlıqlarına da təhlükə yarada bilər.
Tətilçilərin əsas tələbləri köhnə iş planının qaytarılması, maaşların artırılması və təhlükəsiz iş şəraitinin təmin edilməsidir.
“Georgian Manganese”də nə deyirlər
“Georgian Manganese” işçilərin iş şəraitinin dəyişdirilməsi zərurətini dünya bazarında ferroərintilərə tələbatın azalması və qiymətlərin aşağı olması ilə bağlı yaranmış böhranla izah edir.
Şirkətdən verilən məlumata görə, növbələrdə işləyən 720 nəfər xaricində 2662 işçi illərdir 8 saatlıq iş qrafiki ilə işləyir. Yeni iş qrafiki iki növbəli 12 saatlıq iş şəraitindən üç növbəli 8 saatlıq iş şəraitinə keçidi nəzərdə tutur. Ay ərzində işçilərin əmək haqqı, istirahət və iş vaxtı dəyişməz qalır.
Şirkət işçilərin fəaliyyətlərini davam etdirmələri üçün dəyişdirilmiş iş şəraiti təklif etdiklərini və Çiaturanın 3382 əməkdaşının işsiz qalmayacağını iddia edir.
Şirkətin maliyyə direktoru Qiorqi Tatişvili “bm.ge”yə müsahibəsində bildirib ki, “Georgian Manganese” illik 28-30 milyon dollar itki gözləyir və onların məqsədi bu itkini iki dəfə azaltmaqdır.
“Fevraldan may ayına qədər “Georgian Manganese” ixrac etməyib. Əvvəlki dövrdə qurduğumuz anbar qalıqlarından kiçik satışlar edilirdi. Bu müddət ərzində istehsal prosesi dayandırılsa da, işçilər əmək haqlarının 60%-ni alır, sığorta paketləri saxlanılır, əməkhaqqı üzrə avansların kəsilməsi dayandırılırdı, biz kommersiya bankları ilə də kifayət qədər səmərəli əməkdaşlıq edir, onların kreditlərinin təxirə salınmasında köməklik göstəririk. Çiaturada 720 işçi üçün iş rejiminin dəyişdirilməsi ilə bağlı səslənən proses, şirkətin 28-30 milyon olan mənfisini azaltmaq və yarıya endirməyi nəzərdə tutan şeydir. Hissələrdən biri iş rejiminin dəyişdirilməsi, üç növbəyə keçiddir”, - Qioerqi Tatişvili bildirib.
Onun sözlərinə görə, “Georgian Manganese”nin yeni rəhbərliyi hesab edir ki, iş şəraitinin dəyişdirilməsi biznes prinsipləri ilə örtüşür.
“Özdəyəri azaltmaq üçün nəyisə dəyişmək mütləqdir. Fikrimizcə, bu, ümumiyyətlə, Çiaturada fəaliyyət göstərməyin mənası olmasının yeganə həll yoludur. İşçilərin maaşı dəyişməyəcək. Sadəcə olaraq, hasilat daha optimal şəkildə aparılacaq. Şirkətə heç bir iqtisadi fayda gətirməyən hissəyə görə kompensasiya olmayacaq”, - Tatişvili deyir.
Yüz milyonlarla dövriyyəsi və 96 milyon illik qazancı olan Gürcüstanın ən böyük mədənçisi olan “Georgian Manganese” 2017-ci ilin may ayından etibarən hökumət tərəfindən təyin edilmiş xüsusi menecer tərəfindən idarə olunur. 2023-cü ilin mayında, məhkəmənin qərarı ilə Besik Kirtadze şirkətdə yeni xüsusi menecer təyin edilib. Onun təcrübəsi ilə bağlı heç bir məlumat əlçatan deyil. İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi nazirliklərinin də razılaşdığı Besik Kirtadzenin namizədliyini məhkəməyə keçmiş xüsusi menecer Nikoloz Çikovani təqdim edib.