Şovi faciəsi, Çiatura ekoloji fəlakəti, Raça meşələrinin işğalı, Balda kanyonu, qorunan ərazilər agentliyində korrupsiya və digər mühüm mövzularda hazırlanan araşdırma filmləri və tənqidi reportajlar “Dağ Xəbərləri”nin “Facebook” səhifəsindən kütləvi şəkildə silinib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nəşrin “Facebook” səhifəsindən materialların silinməsi iyunun 15-də, saat 11:20 radələrində başlayıb və bir saat davam edib. Hazırda 2023-2024-cü illərdə d’rc olunmuş yüzdən çox material artıq mövcud deyil. Məzmun həmçinin onu paylaşan və ya nəşrin etiketləndiyi istifadəçilərin şəxsi səhifələrindən də silinib.
“Səhərdən indiyə kimi səhifədə paylaşdığım “Dağ Xəbərləri”nin işıqlandırdığı xəbərin öz səhifəmdən silinməsi ilə bağlı artıq 4 mesaj aldım. Silinən yazılardan 3-ü ailəmin faciəsi ilə bağlı olub, yazılardan biri isə 2023-cü il, oktyabr tarixlidir. Özünüz nəticə çıxarın”, - Şovi faciəsi zamanı həlak olan Davit Beriaşvilinin anası İa Merebaşvili yazıb.
“Monitor” Studiyasının, Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin, Jurnalist Etikası Xartiyasının və digər qurumların “Facebook” səhifələrindən “Dağ Xəbərləri”nin Şovi faciəsi ilə bağlı hazırladığı araşdırma filminin finalçılar sırasında qeyd olunduğu və qaliblər arasında olduğu materiallar da silinib. “Movement EDU”nun hazırladığı video da silinib, burada “Dağ Xəbərləri”nin redaktoru Qela Mtivlişvili ictimai məlumatlara çıxış problemindən danışırdı.
“Səhifəmdə “Dağ Xəbərləri” tərəfindən dərc edilən və işıqlandırılan hər şey silindi. Bu, deyəsən, həqiqətin izlərini silmək üçün xüsusi təşkil olunmuş hadisədir”, – psixoloq Cana Cavaxişvili yazır.
“Onlar “Dağ Xəbərləri”nə hücum çəkiblər və görünür, hökuməti tənqid edən məqalələri şikayət edirlər. “Facebook” da silməyə davam edir. “Dağ Xəbərləri”nin materiallarını paylaşdığım yazılarımın qayda və standartları pozduğuna dair bir neçə mesaj da aldım. Hətta Xartiya Mükafatının qaliblərini təbrik etdiyim yazını da silib, çünki yazının altında “Dağ Xəbərləri”ninki də daxil olmaqla müəyyən linklər var idi. “Facebook”dan qərara yenidən baxmağı xahiş etdim. Nəticəsinin necə olacağını bilmirəm, amma bəlkə də hamımız eyni şeyi etməliyik. Belə ki, nə qədər silsələr də, yenə də yaddaşımızdan silə bilməzlər. Şovi hadisələrini də xatırlayırıq, Raça meşələrinin işğalını da və hətta daha çoxunu”, - media prodüser Tamar Ruxadze yazıb.
“Facebook”un sahibi olan “Meta” şirkəti materialın silinməsinə səbəb kimi kibertəhlükəsizliyi göstərir. “Görünür, siz başqalarından həssas məlumatları toplamağa cəhd etmisiniz” - “Meta”mesajında deyir. “Dağ Xəbərləri” artıq cavab almaq üçün “Meta” ilə əlaqə saxlayıb.
“Dağ Xəbərləri”nin “Facebook” səhifəsi materialların kütləvi şəkildə silindiyi yeganə səhifə deyil. Ali Ədliyyə Şurasının keçmiş üzvü, “Məhkəmə Gözətçisi” qeyri-hökumət təşkilatının rəhbəri Nazi Canezaşvili deyir ki, onun təşkilatının “Facebook” səhifəsindən 60-a yaxın yazı, o cümlədən məhkəmə klanı ilə bağlı yazılar silinib. Bu məsələdə də “Meta” səbəb kimi kibertəhlükəsizliyi göstərir.
“Dağ Xəbərləri” dəfələrlə hökumətin birinci şəxslərinin hücumlarına məruz qalıb. Avropa İttifaqının media müsabiqəsində Şovi faciəsi ilə bağlı hazırladığı jurnalist araşdırması ilə iştirak etdiyinə görə parlamentin sədri Şalva Papuaşvili Avropa İttifaqı təmsilçisindən izahat tələb edib.
Bundan əvvəl Şovi faciəsini tənqidi işıqlandırdığına görə, hakim partiyanın o zamankı sədri və baş nazir səlahiyyətlərini icra edən İrakli Kobaxidze nəşrin təsisçisi və redaktoru Qela Mtivlişvilini “namərd” adlandırmışdı.
Qela Mtivlişvili “xarici agentlər” haqqında rus qanununun qəbulu ilə paralel olaraq, “Gürcü Arzusu”nun təşkil etdiyi nifrət və zorakılıq kampaniyasının da hədəflərindən biri olub. Tbilisidə “Dağ Xəbərləri” redaksiyasının yerləşdiyi binanın divarlarına ötən ay dəfələrlə təhqir və böhtan xarakterli yazılar yazılıb. “Gürcü Arzusu”nun deputatı, hakim partiyanın siyasi şurasının üzvü Dimitri Samxaradze nifrət kampaniyasının onun tərəfindən təşkil olunduğunu etiraf edib.