İki gün əvvəl palçıq axınından sağ çıxan Davit Jeladzenin 6 yaşlı bacısı uşağı ilə Şovidə, fəlakət zonasında palçıq kütləsinin o biri tayına keçə bilməsi haqqında hekayəsini “spekulyasiya” və “ağılasığmaz yalan” adlandıran “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze özünün bu bəyanatına görə peşmandır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün Raçada olarkən Kobaxidze jurnalistlərə bildirib ki, əvvəlcə Davit Jeladze ilə telefon danışığı olub, sonraisə onunla görüşüb və “hər şeyi izah edib”.
“Mən ilk növbədə insani təəssüratımı sizinlə bölüşmək istəyirəm: Dato ürəkli, cəsur Raçalı kişidir. Hekayəni təfərrüatı ilə xatırladı və bu inanılmaz, heyrətamiz bir hekayədir. Faktiki olaraq o, bacısı uşağını ən təhlükəsiz əraziyə çatdırmaq üçün əlindən gələni edib. Özü-özünü üstələyərək o, balaca bacısı uşağı ilə elə bir yol qət edib ki…. O, sadəcə özü-özünü üstələyib, inanılmaz bir şey edib.
Söhbətin nədən getdiyini aydınlaşdırmaq istəyirəm - brifinq olurdu, orada jurnalistlərdən biri mənə brifinq zamanı şəkli göstərdi. Bu şəkli ilk dəfədir ki, görürdüm. Bilirsiniz ki, sosial şəbəkələrdə çox vaxt tamamilə saxta fotolar yayılır. Ona görə də bu şəklin kim tərəfindən yerləşdirildiyini, bu fotoda konkret olaraq nə təsvir edildiyini belə bilmədim. Ona görə də bu şəkil və orada təsvir olunan vəziyyətin reallığa nə dərəcədə uyğun olduğu ilə bağlı sual verdim. Bundan sonra təbii ki, hər şeydən xəbər tutdum ki, bu şəkli Dato Jeladze yerləşdirib. Təkrar edirəm, o, bu haqda təfərrüatlı şəkildə bəhs etdi, şəxsən mənə nələrə uğradığı barədə öz hekayəsini söylədi.
İlk növbədə, onun da dediyi kimi, Dato Jeladzenin xətrinə dəydiyimə görə görə peşmanlığımı bildirmək istəyirəm. Bu peşman olunası haldır, lakin bir daha təkrar edirəm ki, bütün bunlarla bağlı görüşümüz, söhbətimiz oldu, o da öz hekayəsini izah etdi, mən də hər şeyi izah etdim.
Əsas odur ki, o, çox çətin vəziyyətdən çıxıb, sağ qalıb, bacısı uşağı sağ qalıb, ailəsi sağ qalıb və təbii ki, bunda bacısı qızı ilə qət etiyi yolun da ləyaqəti az deyil”. Kobaxidze bildirib.
Avqustun 14-də “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə İrakli Kobaxidze avqustun 3-də palçıq kütləsi altında qalanların sağ qalmaq şansının olmadığını bildirib. Hakim partiya sədrinin sözlərinə görə, “uşaqlardan birinin guya 3 saat palçıqla mübarizə aparması ilə bağlı spekulyaiyalar, dezinformasiyalar yayılıb, bu, ağılasığmaz yalandır”. Jurnalistlər hakim partiyanın sədrinə Davit Jeladzenin “Facebook”da “Maşo, biz bu yolu necə keçdik, hələ də heyrətlənirəm” başlığı ilə dərc etdirdiyi fotonu göstəriblər. Fotoda Jeladze təhlükəsiz yer axtarmaq üçün bacısı uşağı ilə qət etdiyi məsafəni qeyd edib. Kobaxidze bildirib ki, fotonun təfərrüatlarını dəqiqləşdirmək və yoxlamaq lazımdır: “Bir sahildən digərinə keçmək nəyə lazım idi, bilmirəm, o sahildə qalmaq daha təhlükəsiz idi. Çox adam orada qaldı və bacardı... təsəvvür edirsiniz, ötən gün biz həmin ərazidə idik və ora keçmək praktiki olaraq mümkün deyildi. Ona görə də bütün bunlar yoxlanılmalıdır”.
Mütəxəssislər Kobaxidzenin bu açıqlamasını Şovidə təbii fəlakətdən sağ çıxan insanlara təzyiq kimi qiymətləndiriblər ki, onlar daha fəallıq göstərib, hökumət əleyhinə ifadələr verməsinlər. Hökumət iddia edir ki, təbii fəlakət o qədər sürətlə inkişaf edib ki, ondan qaçınmaq mümkün olmayıb.
Jeladze özü bildirib ki, İrakli Kobaxidzenin onu niyə yalan danışmaqda ittiham etməsi ona aydın deyil. O, hakim partiya liderinin Şovidə baş verən dəhşətlərin ictimailəşdirilməsini istəmədiyini fərz edib.