“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, avqustun 3-də Şovidə, təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatları səmərəli şəkildə həyata keçirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Məndə olan məlumatları təkrarlaya bilərəm. Proseslər səmərəli şəkildə həyata keçirilib.
Hər hansı başqa bir ssenarini təsəvvür etsəniz, başqa cür desək, müəyyən iş şəraiti altında bundan artıq heç bir insan xilas ola bilməzdi. Bu, yəqin ki, məsuliyyəti öz üzərinə götürə biləcəyimiz bir şeydir.
Lakin təbii ki, hər kəs hər şeylə bağlı məlumat gözləyəcək”, - Kobaxidze jurnalistlərə bildirib.
Avqustun 3-nə keçən gecə xilasetmə işlərinin dayandırılması qərarını kimin verdiyi ilə maraqlanıb-maraqlanmadığını soruşduqda, İrakli Kobaxidze işlərin dayandırılmadığını və gecə boyu davam etdiyini bildirib.
“Söhbət helikopterlərdən gedirsə, bununla bağlı sual var idi və bu suala cavab verildi. İşlərin dayandırılmasına gəlincə, işlər dayandırılmayıb. Gecə boyu gecəgörmə avadanlığı olan pilotsuz təyyarələr əraziyə baxış keçirib və təbii ki, bu əsasda xilasetmə əməliyyatları davam etdirilib. Yeganə mövzu, təbii ki, helikopterlər idi və helikopterlərlə bağlı aydınlaşdırmaq lazımdır ki, gecə görmə avadanlıqları barədə danışarəkən - yoxlaya bilərsiniz, məndə bu məlumat var - gecə görmə avadanlıqları təhlükəsizlik standartını yaxşılaşdırmır. Buna görə də, belə avadanlıqla belə, pilotlar uçuş zamanı hər hansı digər hallarda olduğu kimi eyni təhlükə ilə üzləşirlər. Gecə görmə avadanlığı sadəcə olaraq obyektlərin müəyyən edilməsini asanlaşdırır, lakin belə obyektlərin, o cümlədən insanların, cəsədlərin və s. müəyyən edilməsi dronlarla eyni dərəcədə effektiv şəkildə həyata keçirilə bilər. Ona görə də işlər dayandırılmayıb, xilasetmə xidmətinin imkanları ilə bu müddət ərzində işlər davam etdirilib”, - Kobaxidze bildirib.
Şovi məsələsi ilə bağlı parlamentdə müvəqqəti istintaq komissiyasının yaradılması təşəbbüsünə gəlincə, “Gürcü Arzusu”nun sədri bildirib ki, bu barədə bütün təfərrütları dərindən öyrənəcək səlahiyyətli orqan prokurorluqdur.
“Hətta hadisə yerində vəziyyət, tapılan insanların vəziyyəti və s. barədə məlumatlar da dərc olunub. Hər şeylə əlaqədar, təbii ki, ilk növbədə prokurorluq istintaq çərçivəsində ətraflı məlumat verməlidir. İstənilən ölkədə bu, bir standart olaraq belə baş verir - əvvəlcə müvafiq qurum tərəfindən standart araşdırma aparılır, Gürcüstan misalında bu, prokurorluqdur, hələ də suallar varsa, bundan sonra istintaq komissiyası yaradıla bilər”, - Kobaxidze bildirib ki, “Gürcü Arzusu”nun istintaq komissiyasının yaradılmasına dəstək verməməsinin əsl səbəbi budur.
Avqustun 3-də Raçada Buba dağından gələn palçıq axını Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyi üçün pilotlar əməliyyatda iştirakı dayandırıblar. Avqustun 3-4-də təbii fəlakət zonasından 210 nəfər təxliyə edilib. İndiyədək 26 cəsəd və 3 cəsəd parçaları tapılıb, itkin düşən 7 nəfərin axtarışı davam etdirilir.
Fövqəladə Halların İdarə Olunması Xidmətinin tabe olduğu daxili işlər naziri Şoviyə hadisənin 11-ci günü, avqustun 13-də gəlib. O, jurnalistlərə açıqlamasında nazirliyin gecə uçuş imkanlarının olduğunu və helikopterlərin uça biləcəyini, lakin “həmin anda insan həyatı üçün real təhlükə olmadığından, pilotların nəyisə riskə atmasının münasib, yol verilən olmadığını” deyib.
Daxili İşlər Nazirliyi təbii fəlakətlə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə (mədən, tikinti və ya digər işlərin görülməsi zamanı ehtiyatsızlıqdan insan tələfatı və təhlükəsizlik qaydalarını pozma) istintaqa başlayıb. Bundan əlavə, baş nazir İrakli Ğaribaşvili və hökumətin digər nümayəndələri hadisənin qarşısının alınmasının mümkün olmadığını bildirirlər ki, bununla da müstəqil meütəxəssislər razılaşmır.