Gürcüstanın Ədliyyə Nazirliyi keçmiş prezident Mixeil Saakaşvilinin səhhətinin vəziyyətinin tədqiqi üçün Tbilisiyə ezam olunmuş polşalı həkimlər qrupu ilə bundan sonra əməkdaşlığı davam etdirməyəcək. Bu barədə ədliyyə naziri Rati Breqadze bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz, hələ keçən il noyabrın 29-da verdiyimiz, məhkum Saakaşviliyə istənilən xarici klinikadan istənilən əcnəbi həkimlərin gətirilməsi imkanının verilməsi şərtinə sadiq qalırıq. Bundan sonra, ailənin təbii ki, əcnəbi həkimlər gətirmək imkanı olacaq, lakin bu həkimlər qrupu ilə əməkdaşlığımız çox sadə səbəbə, bu müqavilənin onlar tərəfindən pozulduğuna və bu həkimin davranışının həm etik, həm də hüquqi normalara tam uyğun gəlmədiyinə görə davam etməyəcək.
Çoxlu sual işarələri ortaya çıxdı ki, bunlar bizim maraqlarımıza uyğun gəlmirdi və təəssüf ki, biz bu insanlarla əməkdaşlığı davam etdirmək imkanından məhrum olacağıq”, - Breqadze “İmedi” televiziyasının efirində deyib.
Rati Breqadzenin sözlərinə görə, Gürcüstan tərəfinin bütöv prosesin etibarlılığı ilə bağlı “kifayət qədər ciddi sual işarələri” yaranıb. “Müvafiq olaraq, indiki mərhələdə onların təqdim etdiyi nəticələrin nə dərəcədə etibarlı olacağına və həkimlərin tövsiyələrinə nə dərəcədə etibar edə biləcəklərinə cavab vermək həqiqətən çətindir. Sonda, bu, hazırda məhkum Saakaşvilini müalicə edən həkimlərdən asılıdır”, - nazir bildirib.
Verilişin aparıcısının bu işin hüquqi müstəvidə davam edib-etməyəcəyi və məsələn, prokurorluğun onu öyrənməyə başlayıb-başlamayacağı sualına cavab olaraq Rati Breqadze deyib ki, prokurorluq müstəqildir və bu suala cavab vermək çətin olacaq.
“Biz bilərəkdən vəziyyəti daha da gərginləşdirməkdən çəkinirdik, lakin cavablar bizi qane etmədiyinə görə - həkimlərə öz mövqelərini açıq şəkildə bildirmək imkanı verdik və onlar bu fürsətdən istifadə etmədiklərinə görə, əlbəttə ki, növbəti hüquqi addımlar barədə düşünəcəyik”, - Rati Breqadze bildirib.
İyulun 14-də Ədliyyə Nazirliyi məlumat yayıb ki, polşalı həkimlər qrupunun üzvlərindən biri Mixeil Saakaşvilidən götürülmüş nümunəni kağıza büküb, ayaqqabısında gizlədib və gizlicə “Vivamed” klinikasından çıxarmağa cəhd edib. “Gürcü Arzusu”nun liderləri həkimlər qrupunun məqsədinin yalnız nümunəni saxtalaşdırmaq ola biləcəyini irəli sürüblər.
İyulun 17-də Polşanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Mariuş Pietrzak Xarici İşlər Nazirliyinə çağırılıb və hadisə ilə bağlı mövqeyini bildirməsi xahiş olunub. Gürcüstan tərəfinin məlumatına görə, görüşdə nazir İlia Darçiaşvili polşalı həkimlə bağlı baş verən insidentdən narahat olduğunu bildirib və vurğulayıb ki, həkimin davranışı anlaşılmazlıq, narahatlıq yaradır və bütğv prosesə etibarı itirir.
İyulun 19-da Polşa Xarici İşlər Nazirliyi razılaşmaya zidd, qəsdən və gözlənilməz insidentin baş verdiyini və bunun dərhal, yerində aşkarlandığını və sonra Gürcüstanın Xarici İşlər Naziri ilə görüş zamanı izah edildiyini açıqlayıb. Polşa tərəfi hesab edir ki, “bu kontekstdə Gürcüstan Ədliyyə Nazirliyi yanında Xüsusi Cəzaçəkmə Xidmətinin polşalı həkimin üzərinin axtarışı haqqında protokolu dərc etmək qərarı və Gürcüstanın dövlət orqanlarının nümayəndələrinin çoxsaylı emosional bəyanatları yaxşı əməkdaşlıq prinsiplərinə ziddir”. Polşa tərəfi gürcü tərəfdaşları ilə əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini bildirib.
6 il müddətinə azadlıqdan məhrum edilən Mixeil Saakaşvili 14 aydır ki, xüsusi penitensiar xidmətin podratçısı olan “Vivamed” klinikasındadır.